Bu gün Prezident İlham Əliyev Bakıda səfərdə olan İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaflı qəbul edib.
Zefer.media xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin xüsusi köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu iştirak edib.
Xatırladaq ki, Qalibaf səhər saatlarında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak məqsədi ilə Bakıya səfər edib.
















