• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Hərbi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü keçirilib

24 İyun, 26 / 15:16
A A

24 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub. Tədbirdə müxtəlif kateqoriyadan olan veteranlar, Müdafiə Nazirliyinin nümayəndələri, Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin  kollektivi, gənclər və s. şəxslər iştirak ediblər.

Zefer.media təşkilatın saytına istinadən xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin əhəmiyyətindən danışıb, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında ordumuzun üzərinə düşən şərəfli missiyadan söz açıb:

“Öncə hər kəsi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, ordumuza, onun hər bir nümayəndəsinə xidməti fəaliyyətində uğurlar arzulayıram.

Hörmətli tədbir iştirakçıları, bu gün müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın milli birliyinin və ordumuzun yenilməz döyüş ruhunun təcəssümü olan Silahlı Qüvvələr Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik.

Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində formalaşmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilmişdir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yüksək peşəkarlığa, möhkəm nizam – intizama və müasir hərbi texnologiyalara əsaslanan güclü hərbi qüvvə kimi formalaşmışdır. Ordumuzun şəxsi heyəti vətənpərvərlik ruhu, döyüş hazırlığı və yüksək mənəvi dəyərləri ilə seçilir.

Şanlı Ordumuz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuş şərəfli bir tarix yazmışdır. Bu əlamətdar gündə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və bütün hərbi qulluqçularımıza minnətdarlığımızı bildiririk.

Təşkilatımıza üzvlüyə qəbul olunanlar, sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, siz veteran təcrübəsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli həmrəyliyin gücləndirilməsinə töhfə verəcəksiniz”.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub, təşkilatın inzibati binasında səliqə-səhmanın qorunmasında, abadlıq işlərinin aparılmasında bizə dəstək verdiklərinə görə Nərimanov rayon Mənzil kommunal təsərrüfat birliyinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunublar.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri Vladimir Timoşenko, İmran Əbilov, o cümlədən, 44 günlük Vətən müharibəsi veteranı Ramin Şirinov Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

 

Bənzər Xəbərlər

Cəmiyyət

Mətbuat Şurasından Azərbaycan Teleradiosuna təbrik

Noyabr 6, 2026
Hərbi

Bakıda hərbi-mülki əməkdaşlıq (CIMIC) təlimi keçirilib - FOTOLAR

Noyabr 6, 2026
Manşet

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

Noyabr 6, 2026
Hərbi

MMU-da keçirilən Respublika Elmi-Praktik Konfransı yekunlaşıb

Noyabr 5, 2026
Manşet

“ASAN xidmət” və BMT gələcəyin idarəetmə modellərini müzakirə edir

Noyabr 5, 2026
Media

Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM

Noyabr 5, 2026

XƏBƏR LENTİ

Russell Brand barəsində yeni ittihamların irəli sürülməsi istisna edilmir

06 Noyabr, 26 / 21:02

Fransada avtobus qəzası: iki nəfər ölüb, yaralılar var

06 Noyabr, 26 / 20:55

“Tesla Cybertruck”ın istehsalı dayandırıla bilər

06 Noyabr, 26 / 20:46

“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır” – Burhanettin Duran

06 Noyabr, 26 / 20:36

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.