Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al-Tani ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib.
Zefer.media xəbər verir ki, o, bu barədə “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Belə bir rabitə kanalı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və tərəflər arasında mümkün anlaşılmazlıqların qarşısının alınması üçün vacibdir.
Al-Taninin sözlərinə görə, İsveçrədə aparılan danışıqlar zamanı müzakirə edilən bu təşəbbüs dezinformasiyaya qarşı mübarizə aparmağa, eləcə də boğazda mina təmizləmə əməliyyatları zamanı koordinasiyanı gücləndirməyə kömək edə bilər.
Nazir qeyd edib ki, qaynar xəttin əsas məqsədi təhlükə ilə üzləşən gəmilərin İran tərəfindən yoxlanılması və onların təhlükəsiz şəkildə marşrutlarını davam etdirməsinin təmin olunmasıdır.
Zərintac Mayisqızı

















