İyunun 2-nə keçən gecə həyata keçirilən əməliyyatlar zamanı bir neçə mühüm obyekt hədəfə alınıb.
Zefer.media xəbər verir ki, buna dair Ukrayna Silahlı Qüvvələri bildirib.
Zərbə endirilən obyektlər arasında İlski Neft Emalı Zavodu da var. Bildirilir ki, hədəf vurulduqdan sonra zavodun ərazisində yanğın baş verib.
Həmçinin işğal altındakı Krımda yerləşən Pantsir-S1 zenit-raket-top kompleksi vurulub.
Məlumata əsasən, Şaxtyorskoye ərazisində pilotsuz uçuş aparatları anbarı, eləcə də müxtəlif istiqamətlərdə PUA idarəetmə məntəqələri də hədəfə alınıb.
Bundan başqa, Ukrayna ordusu Rusiya qüvvələrinin canlı qüvvə toplandığı bir sıra məntəqələrə də zərbələr endirdiyini bildirib.
Zərintac Mayisqızı

















