Uzaqmənzilli əməliyyatlarımız Rusiyanın müharibəni uzatmasına, Ukrayna şəhərlərinə və icmalarına hücumlarına qarşı ardıcıl və dəqiq cavabdır.
Zefer.media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O qeyd edib ki, Müdafiə Qüvvələrinin bölmələri dünən gecə Krasnodar diyarındakı Poltavskaya neft anbarına zərbə endirib. Hədəf cəbhə xəttindən təxminən 300 kilometr məsafədədir. Bu səhər Ukrayna qüvvələri Ufadakı iki neft emalı müəssisəsinə – “Başneft-Ufaneftexim” və “Başneft-Novoil” zavodlarına zərbələr endirib. Həmin obyektlər cəbhə xəttindən 1500 kilometr məsafədə yerləşir.
“Biz uzaqmənzilli sanksiyalar planımızı yerinə yetiririk. Dəqiqliyimizi təmin edən bütün Ukrayna əsgərlərinə təşəkkür edirik. Rusiya həqiqi diplomatiyaya diqqət yetirməlidir, heç kimi yenidən aldatmağa və ya vaxt qazanmağa çalışmamalıdır. Müharibə bitməlidir”, -deyə Ukrayna Prezidenti əlavə edib.
Zərintac Mayisqızı

















