• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.5° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Maraqlı

Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır 

18 Avqust, 26 / 15:26
A A

Türkiyədə yay istirahəti təkcə çimərlikdən ibarət deyil. Bu mövsümün əsl ruhu dəniz kənarında qurulan süfrələrdə, yerli mətbəxin zəngin dadlarında və ailə ənənələrini yaşadan yeməklərdə hiss olunur. 

Müasir səyahətçilər artıq yalnız “Hara gedim?” sualını vermirlər. Onları eyni zamanda “Getdiyim yerdə nə dadmalıyam?” sualı da maraqlandırır. Bu yay dünyada sürətlə yayılan “nonna-stalgia” trendi – ev ab-havasında hazırlanan, səmimi və ənənəvi ailə yeməklərinə artan maraq – Türkiyənin ev mətbəxini yay istirahətinin ən cəlbedici hissələrindən birinə çevirib. İstanbulun balıq bazarlarından Bodrum və Antalyanın sahil meyxanalarına, Anadolunun nənələrin reseptlərini yaşadan mətbəxlərinə qədər ölkənin zəngin kulinariya irsi günəş, dəniz və tarixi bir araya gətirən istirahətə fərqli rəng qatır.

Son araşdırmalar da həmin tendensiyanı təsdiqləyir. Nəticələrə əsasən, bu yay insanların ən çox üstünlük verdiyi asudə vaxt fəaliyyəti səyahət və turizmdir (79%). Qida və kulinariya ilə bağlı təcrübələr (70%) ikinci, açıq havada keçirilən fəaliyyətlər isə (69%) üçüncü yerdə qərarlaşıb.

Bu gözləntiləri Türkiyə qədər uğurla qarşılayan ölkələr azdır. Dünyanın ən zəngin kulinariya ənənələrindən birinə sahib olan ölkə yay mövsümündə qastronomiyasının daha yüngül və təravətli tərəfini nümayiş etdirir. Təzə mövsümi məhsullar, zeytun yağı, ətirli göyərtilər və təzə dəniz məhsulları yay süfrələrinin əsasını təşkil edir. Soyuq şorbalar, zeytun yağında bişirilən tərəvəzlər, rəngarəng salatlar və ev üsulu hazırlanan içkilər isti günlərdə həm sərinlik, həm də fərqli dad təcrübəsi təqdim edir.

 

İstər Türkiyənin Egey sahillərində və Türk Rivyerasında dəniz kənarında dincəlin, yaxud qədim Anadolunun zəngin mədəni irsini kəşf edin, istərsə də Qara dəniz bölgəsinin sərin dağ havasına üz tutun – Türk yay mətbəxi hər səyahətə xüsusi ləzzət qatır. O dadlar dəniz kənarında keçirilən günün alternativi deyil, onu tamamlayan ən gözəl təcrübələrdən biridir. 

 

Yay mövsümündə süfrələrin bəzəyinə çevrilən saysız-hesabsız yeməklər arasında ayran aşı Türkiyənin ən təravətləndirici kulinariya ənənələrindən biri kimi seçilir. Bu soyuq şorba sadə ərzaqlarla hazırlansa da, isti havalarda ən çox üstünlük verilən yay yeməklərindən hesab olunur. Şərqi Anadoludan gələn bu ənənəvi təam qatıq, noxud və buğda ilə hazırlanır. Bölgəyə səyahət edənlər üçün mütləq dadılması tövsiyə olunan ayran aşı artıq təkcə doğulduğu bölgədə deyil, İstanbul kimi böyük şəhərlərdə fəaliyyət göstərən ənənəvi restoranların menyusunda da yer alır.

 

Yay naharı üçün yüngül və doyumlu seçim axtaranlar üçün zeytun yağlı yeməklər ideal alternativlərdən sayılır. Adətən zəif odda bişirilən və soyuq şəkildə təqdim olunan bu yeməklər mövsümi tərəvəzlərin təbii dadını ön plana çıxarır. Anadolunun müxtəlif bölgələrində yetişdirilən yaşıl lobya, balqabaq və ənginar kimi tərəvəzlər yerli istehsal olunan zeytun yağı ilə hazırlanaraq süfrələrə təqdim edilir. 

Türk mətbəxinin ən sevilən zeytun yağlı yeməklərindən biri də dolmadır. Balqabaq, şirin bibər və badımcan kimi tərəvəzlər ətirli düyü içliyi ilə doldurularaq hazırlanır. Eyni içliklə üzüm yarpağına bükülən sarma isə ölkə mətbəxinin klassik və ən çox sevilən təamlarından biri hesab olunur.

Zeytun yağı yalnız tərəvəz yeməklərində deyil, Türkiyənin müxtəlif bölgələrinə xas yabanı otların hazırlanmasında da mühüm yer tutur. Xüsusilə Egey bölgəsində şevketibostan və dəniz börülcesi kimi yerli göyərtilər zeytun yağı ilə hazırlanaraq mövsümün özünəməxsus dadını əks etdirir.

Bu yeməklər xırtıldayan təzə salatlar və ev üsulu hazırlanan sərinləşdirici içkilərlə birlikdə yay süfrələrinin ayrılmaz hissəsinə çevrilir. Təzə meyvələrin yüngül şirinləşdirilmiş suda bişirilməsi ilə hazırlanan komposto, ənənəvi şərbətlər və limonad isti günlərdə xüsusi təravət bəxş edir. Pomidor, xiyar, bibər və soğanın limon suyu və zeytun yağı ilə hazırlanan klassik çoban salatı isə zeytun yağlı yaşıl lobya ilə mükəmməl uyğunlaşır. Bundan əlavə, kısır, mücver, piyaz və mərcimək köftəsi kimi ənənəvi təamlar da Türk yay süfrələrinin vazkeçilməz ləzzətləri sırasında yer alır.

Türkiyənin ənənəvi ev yeməklərini dadmaq istəyənlər üçün əsnaf lokantaları ən doğru seçimlərdən biridir. Vaxtilə nahar fasiləsində yerli işçilərə xidmət göstərmək üçün fəaliyyətə başlayan bu səmimi məkanlar bu gün də rahat atmosferi, münasib qiymətləri və hər gün təzə hazırlanan onlarla ev yeməyi ilə seçilir. Son dövrlərdə dünyada populyarlıq qazanan “grandma-core” və ya “nonna-stalgia” adlanan, sadə və ailə reseptlərinə əsaslanan yeməklərə maraq Türkiyənin əsnaf lokantalarında əslində illərdir yaşadılan ənənədir. Burada qonaqlar isti yeməklərin nümayiş olunduğu vitrindən istədiklərini seçir, hər boşqab üçün sabit qiymət ödəyir və əksər hallarda təzə çörək süfrəyə əlavə ödənişsiz təqdim olunur.

Yay axşamlarında Türkiyənin sahilboyu fəaliyyət göstərən meyxanaları xüsusi ab-hava yaradır. Uzun süfrələr ətrafında keçirilən bu görüşlər mövsümi mezelər, təzə dəniz məhsulları və dəniz mənzərəsi ilə unudulmaz təcrübəyə çevrilir. Yemək adətən haydari kimi qatıq əsaslı soyuq məzələr, zeytun yağlı təamlar və mövsümi göyərtilərlə başlayır. Daha sonra isə manqalda bişirilmiş balıq və digər təzə dəniz məhsulları təqdim olunur. Yerli ağ şərab və ya rakı ilə tamamlanan bu süfrələr sadəcə yemək deyil, paylaşımın, uzun söhbətlərin və birlikdə vaxt keçirməyin ayrılmaz hissəsi hesab olunur.

Türkiyədə yay mövsümünün ən məşhur desertlərindən biri də Maraş dondurmasıdır. Kahramanmaraş bölgəsində yetişdirilən yabanı orkide yumruları və keçi südü ilə hazırlanan bu dondurma özünəməxsus sıx quruluşu və gec əriməsi ilə tanınır. TasteAtlas kimi beynəlxalq platformalarda dünyanın ən məşhur desertləri sırasında göstərilən Maraş dondurması məhz qeyd edilən xüsusiyyətlərinə görə dilimlənərək bıçaq və çəngəllə təqdim olunur.

 

Türkiyənin çimərlikləri, qədim şəhərləri və sərin dağ mənzərələri artıq milyonlarla səyahətçini özünə cəlb edir. Yay mətbəxinin zəngin dadları isə həmin səfərə əlavə dəyər qataraq qonaqlara həm ölkəyə gəlmək, həm də süfrə arxasında bir qədər uzun qalmaq üçün daha bir səbəb təqdim edir.

Bənzər Xəbərlər

Maraqlı

Yaponiya səmasında nadir qırmızı rəngli ildırımlar görünüb

İyul 29, 2026
Maraqlı

Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub

İyul 27, 2026
Cəmiyyət

Alimlər Alzheimer xəstəliyinin gizli mexanizmini müəyyən ediblər

İyun 19, 2026
Maqazin

“Gəl ey səhər” yeni nəfəsdə: Xalq artistləri möhtəşəm performansa imza atdı 

İyun 16, 2026
Maqazin

Xalq artistindən maraqlı paylaşım

Aprel 27, 2026
Manşet

Qulaqcıqla yatmağın gizli təhlükəsi - Maraqlı araşdırma 

Aprel 24, 2026

XƏBƏR LENTİ

İngilis dili kursunun açılış mərasimi keçirilib

25 Avqust, 26 / 18:23

Ramil Əliyev: “Aviabiletlərin əlçatan olması turist axınının artırılması üçün vacibdir”

25 Avqust, 26 / 18:13

Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

25 Avqust, 26 / 18:11

ABŞ İrana sanksiyaları qaldırmağı təklif edib?

25 Avqust, 26 / 18:07

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

25 Avqust, 26 / 18:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yeni rəqəmsal QR Bələdçi platforması istifadəyə verilib

25 Avqust, 26 / 18:02

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust, 26 / 17:57

Rusiya Pravoslav Kilsəsində hakimiyyəti tənqid etməməyə çağırış edilib

25 Avqust, 26 / 17:53

“Forrest Gump” işi: Mudranın müdafiəsi Mıkıtaşın üzərində qurulub

25 Avqust, 26 / 17:51

Lvova-Belovanı Putinə qarşı ifadə verməsi üçün qaçırmağa cəhd edildiyi iddia olunur

25 Avqust, 26 / 17:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.