Səyahət sevgisini həyat tərzinə çevirən Muammer Yılmaz 133 ölkəyə səyahət edib.
Zefer.media xəbər verir ki, son 6 ildə çantasız səyahət edən Yılmazın yeni məqsədi İstanbuldan Pekinə velosipedlə getməkdir.
Səyahətlərinə 2014-cü ildə başlayan sözügedən şəxs 5 qitədə 133 ölkəni ziyarət edərək, bəzən avtostopla, ya velosipedlə, yaxud da piyada səyahət edib. Bunu həyat tərzinə çevirən Yılmaz, son 6 ildir ki, çantasız səyahət edir, yalnız diş fırçası daşıyır.
Getdiyi ölkələrdə fərqli mədəniyyətlər, inanclar, yeməklər və həyat tərzləri ilə tanış olur, səyahət gündəliklərində təcrübələrini bölüşür. Ən böyük arzusu Türkiyədə yaxşı insanların olduğunu göstərən bir proqram yaratmaqdır.
O deyib ki, “Pulsuz 80 Gündə Dünyanı Döyüş” layihəsi ilə avtostopla 19 ölkəni gəzib. Qeyd edir ki, səyahəti boyunca insanlar ona kömək edib və sonrakı səyahətlərində piyada, avtostopla və velosiped sürmək kimi müxtəlif metodlardan istifadə edib.
Altı ildir səyahətlərində çanta gəzdirmədiyini bildirən Yılmaz, “Hər şey cibimdədir. Çantam yoxdur. Altı ildir ki, yalnız diş fırçası ilə səyahət edirəm, başqa heç nə ilə” ifadələrini əlavə edib.
Zərintac Mayisqızı

















