• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.4° Weather Columbus
$
1.7
€
1.9776
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

“Hərbi Dəniz Qüvvələrimiz sürətli inkişaf tempi və peşəkarlığına görə dünyada qabaqcıl yer tutur”

07 Sentyabr, 26 / 19:08
A A

Məlum olduğu kimi, sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC-nin və “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib, insansız dəniz vasitələrinin praktiki sınaqları keçirilib.

Zefer.media xəbər verir ki, Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlrı Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizdə müşahidə ediən sürətli inkişafın Hərbi Dəniz Qüvvələrini də əhatə etdiyini bildirib:

“Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri sürətli inkişafını davam etdirib, böyük uğurlara və müvəffəqiyyətlərə nail olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrinə gəlişi, Müzəffər Ali Baş Komandana Hərbi Dəniz Qüvvələrinin arsenalında olan hərbi texnika ilə bağlı verilən məlumatlar, eləcə də həyata keçirilən praktiki testlər bunu bir daha sübut etdi. Baş verənlər bir daha sübut etdi ki, Azərbaycan regionun şəriksiz hərbi lideri olmaqla yanaşı, qlobal miqyasda böyük hərbi gücə çevrilməkdədir. Hansı ki, müasir dünyamızda təhlükəsizliklə bağlı artan problemlər güc faktorunun əhəmiyyətini önə çıxarır, bu faktora birincilik qazandırır.

Bu baxımdan Hərbi Dəniz Qüvvələrimizin inkişafı dövlətimizin dəniz təhlükəsizliyinin möhkəmlənməsi, mümkün təhdid və təhlükələrdən müdafiəmiz baxımından həyati əhəmiyyətə malikdir.

Prezidentin Hərbi Dəniz Qüvvələrinə səfəri göğstərdi ki, dənizçilərimizin ixtiyarında yerli istehsal məhsulu olan dronlarla yanaşı, müxtəlif ölkələrin istehsalı olan müasir PUA-lar da mövcuddur. Bütün bu texnologiyalar Hərbi Dəniz Qüvvələrinə öz xidmətini yüksək səviyyədə qurmağa, mümkün təhlükələrə adekvat cavab verməyə imkan verir.

Hesab edirəm ki, Müzəffər Ali Baş Komandanın Hərbi Dəniz Qüvvələrində olması, şəxsi heyətlə görüşü hərbçilərimiz üçün ciddi mənəvi sitimul olacaq və onlar hər zaman olduğu kimi bundan sonra da öz uğurları və nailiyyətləri ilə bizləri sevindirməkdə davam edəcəklər”.

Bənzər Xəbərlər

Dünya

“Kreml Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpasına ümid edir”

Sentyabr 8, 2026
Dünya

Zelenski Rusiya ilə enerji məsələsində güzəştə getməyə icazə verdi

Sentyabr 8, 2026
Siyasət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi

Sentyabr 8, 2026
Xarici xəbərlər

ABŞ İrana yeni təklif göndərdi, Tehran isə öz şərtlərini irəli sürdü

Sentyabr 8, 2026
Siyasət

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Sentyabr 7, 2026
Dünya

İrandan ABŞ-yə mesaj: “Siz bizə zərbə vursanız, biz də sizə vuracağıq”

Sentyabr 7, 2026

XƏBƏR LENTİ

Azər Aslanov: “İdman gənclərdə vətənpərvərlik və əzmkarlıq hisslərini formalaşdırır”

08 Sentyabr, 26 / 19:21

Kiyevdə VARUS supermarketi dağıdılıb - mağazanın yaxınlığında nəhəng çuxur yaranıb

08 Sentyabr, 26 / 19:00

İşğal altındakı Donetskdə ukraynalı zabitlərin səs-küylü qətllərində adı hallanan şəxs partladılıb

08 Sentyabr, 26 / 18:56

Xasidlər artıq Ukraynaya gəlməyə başlayıblar: zəvvar qrupları Çopda görülüb

08 Sentyabr, 26 / 18:53

“Qadınların dron idarə edərkən reaksiyası daha yaxşıdır” - Reznikov

08 Sentyabr, 26 / 18:49

Rusiya Ermənistana qarşı siyasətini sərtləşdirə bilər - “Past”

08 Sentyabr, 26 / 18:44

Rusiya və KXDR arasında əlaqələr daha da möhkəmlənib

08 Sentyabr, 26 / 18:42

Ukrayna deputatı: Uitkoff və Kuşner Kiyevə daha sərt sülh şərtləri gətiriblər

08 Sentyabr, 26 / 18:28

Böyük Britaniya qışdan əvvəl Ukraynaya hava hücumundan müdafiə üçün 100 milyon funt sterlinq ayıracaq

08 Sentyabr, 26 / 18:22

Məmədani 11 sentyabrla bağlı xatirə qələmini məsləhətçisinə verdikdən sonra tənqid olunub

08 Sentyabr, 26 / 18:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.