ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanmasının ildönümünə həsr olunmuş məqaləsini paylaşıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Uitkoff “Washington Examiner” nəşrində dərc olunan məqaləsində sazişin 35 ildən çox davam edən münaqişəyə son qoyduğunu yazıb və sülh prosesində ABŞ Prezidenti Donald Trampın və Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib.
Onun sözlərinə görə, əsas məsələlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi olub. Bu isə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməklə, onun ərazisindən keçən multimodal marşrut olan TRIPP konsepsiyasının yaranmasına səbəb olub.
“Cənubi Qafqaz bu gün daha təhlükəsiz və daha sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticəni seçiblər”, – deyə Uitkoff yekunlaşdırıb.
Aytən Yalçınqızı
















