Dünya

Tramp: “İran nüvə yoxlamalarına razılıq verib”

23 İyun 2026, 17:1010
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında İranın gələcəkdə ən yüksək səviyyəli nüvə yoxlamalarına tam şəkildə razılıq verdiyini bildirib.

Zefer.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Ağ Ev rəhbəri qeyd edib ki, bəzi media qurumları Vaşinqtonun əldə etdiyi nəticələrin əhəmiyyətini azaltmağa çalışır.

Tramp onu da deyib ki, İranın etdiyi güzəştlər nəzərə alınaraq Hörmüz boğazında blokadasının qaldırılmasına qərar verilib. O, zərurət yaranacağı təqdirdə blokadanın bərpa edilə biləcəyini vurğulayıb.

Amerika Prezidenti əlavə edib ki, ayrılan vəsaitlər və ya sanksiyalar çərçivəsində əldə olunan maliyyə xüsusi depozit hesabına yönləndiriləcək. Bu vəsaitlərdən yalnız ABŞ-dən ərzaq və tibbi ləvazimatların, və kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə olunacağı bildirilib.

Tramp İranın ciddi humanitar problemlərlə üzləşdiyini deyərək, yardım göstərilməsinin vacibliyini vurğulayıb və İranla aparılan danışıqların “yaxşı getdiyini” diqqətə çatdırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600