Dünya

Tramp: “İran demək olar ki, hər şeyə razı olmağa hazır idi”

24 İyun 2026, 13:041
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ prezidenti Donald Tramp Senatın İrana qarşı hərbi səlahiyyətlərin məhdudlaşdırılmasını nəzərdə tutan qətnaməsini tənqid edib və bu addımın Tehranla aparılan danışıqlara mənfi təsir göstərə biləcəyini bildirib.

Zefer.media-nın əldə etdiyi məlumata görə Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada qeyd edib ki, ABŞ-nin təzyiqləri nəticəsində İran Vaşinqtonla razılığa gəlmək üçün “demək olar ki, hər şeyə” hazır olduğu bir vəziyyətə çatdırılmışdı.

O, Senatın müharibə səlahiyyətləri ilə bağlı qətnaməni səsə çıxarmasının İrana yanlış mesaj verdiyini yazıb. Tramp qeyd edib ki, Senatın addımı “dünyada terrorun bir nömrəli sponsoru” adlandırdığı İrana ABŞ-nin onun siyasətini dəstəkləmədiyi mesajını verib və bununla da Vaşinqtonun mövqeyini zəiflədib.

ABŞ prezidenti qətnamənin lehinə səs verən dörd Respublikaçı senatoru da tənqid edib. O, həmin senatorların Demokratlarla birlikdə hərəkət etdiyini və bunun danışıqlar prosesini çətinləşdirdiyini vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600