• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.3° Weather Columbus
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Toyuq korluğu nədir və niyə yaranır? - AÇIQLAMA

22 Aprel, 26 / 14:28
A A

Xalq arasında toyuq korluğu kimi bilinən gecə korluğu, zəif işıqlandırma və ya tam qaranlıq zamanı ortaya çıxan görmə pisləşməsi ilə özünü göstərən xəstəlikdir.

Görmə qabiliyyətinin qaranlıqda zəifləməsi təkcə fiziki bir narahatlıq deyil, həm də insanın gündəlik həyatına, hərəkət sərbəstliyinə və özünə inamına təsir edən bir amildir.

Bəs bu halın arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən Mərkəzi Gömrük hospitalının həkim oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru, Aynurə Əliyeva qeyd edib ki, “toyuq korluğu” kimi tanınan vəziyyət əslində daha çox gecə korluğu – yəni axşam və zəif işıq şəraitində görmənin zəifləməsi ilə xarakterizə olunur:

“Həmin hal, əsasən, irsi xarakter daşıyır və genetik amillərlə bağlıdır. Bununla yanaşı, bəzi hallarda A vitamini çatışmazlığı ilə də əlaqələndirilə bilər.
Belə xəstələrdə gözün tor qişasındakı hüceyrələrin normal fəaliyyətini dəstəkləmək məqsədilə, müayinələrdən sonra daxilə A vitamini təyin oluna bilər. Bundan əlavə, lutein və zeaksantin tərkibli preparatlar dəstəkləyici (simptomatik) müalicə kimi tövsiyə edilir.

Görməsi ciddi zəifləmiş şəxslər üçün xüsusi eynəklər təyin oluna bilər. Sözügedən eynəklər tam effekt verməsə də, bəzi hallarda görməni qismən yaxşılaşdırmağa kömək edir. Xəstələrə mütəmadi şəkildə həkim nəzarətində qalmaq və göz dibinin vaxtaşırı yoxlanılması məsləhət görülür.

Təəssüf ki, adıçəkilən xəstəliyin hazırda tam, birdəfəlik müalicə üsulu mövcud deyil. Xəstəlik anadangəlmə olduğuna görə, çox vaxt həyatın erkən dövrlərində, xüsusilə gənclik yaşlarında özünü göstərir və zamanla inkişaf edə bilər. Proses irəlilədikcə görmə sahəsi daralır və bəzi hallarda “tunel görməsi” (yəni sanki borudan baxırmış kimi məhdud görmə sahəsi) yaranır”.

Oftomotoloq onu da əlavə edib ki, son mərhələlərdə bəzi ölkələrdə xüsusi texnologiyalar – məsələn, çip əsaslı görmə sistemləri tətbiq olunur:

“Bu sistemlərdə eynəklər vasitəsilə qəbul edilən işıq siqnalları piksellərə çevrilərək beyinə ötürülür və nəticədə xəstəyə qısa müddətli, əsasən ağ-qara görüntü təmin olunur. Lakin həmin texnologiyalar hazırda çox bahalıdır və əsasən Avropa, ABŞ və İsrail kimi ölkələrdə tətbiq olunur.

Regionumuzda isə hələ geniş yayılmayıb və sınaq mərhələsindədir.
Bu səbəbdən, xəstəliyin erkən aşkarlanması, mütəmadi nəzarət və dəstəkləyici müalicə üsullarının tətbiqi böyük əhəmiyyət daşıyır”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Manşet

26 avqust həm də Laçın şəhəri günüdür

Avqust 26, 2026
Mədəniyyət

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqust 26, 2026
Manşet

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Avqust 26, 2026
İdman

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Avqust 26, 2026
Cəmiyyət

İngilis dili kursunun açılış mərasimi keçirilib

Avqust 25, 2026
Cəmiyyət

Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

Avqust 25, 2026

XƏBƏR LENTİ

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

26 Avqust, 26 / 12:30

Adam Kadırov Abxaziyanın müdafiə nazirliyinin medalı ilə təltif olunub

26 Avqust, 26 / 12:23

Marbellada nəhəng tuna balığı istirahət edənləri qorxuya salıb — onu köpəkbalığı hesab ediblər

26 Avqust, 26 / 12:19

26 avqust həm də Laçın şəhəri günüdür

26 Avqust, 26 / 12:16

İsrail qüvvələri 16 min fələstinli qaçqına xidmət göstərən UNRWA mərkəzlərinə basqın edib

26 Avqust, 26 / 12:10

Rusiyada 14 yaşlı qızı çəkdiyi rəsmləri silməyə məcbur ediblər

26 Avqust, 26 / 12:03

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

26 Avqust, 26 / 11:59

Koçaryan və Sarkisyanın cəzalandırılmasında Bakı iştirak edə bilər - Siyasi şərhçi

26 Avqust, 26 / 11:52

ABŞ şirkəti Rusiyaya görə təyyarəni Ermənistan aviaşirkətinə vermədi

26 Avqust, 26 / 11:45

Bu gün Mehriban Əliyevanın doğum günüdür

26 Avqust, 26 / 11:39

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.