• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.4° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

TƏBİB-in Könüllülük proqramı: gənclərə təcrübə, vətəndaşlara daha keyfiyyətli xidmət

07 Sentyabr, 26 / 12:18
A A

TƏBİB-in tabeli tibb müəssisələrində tibbi xidmətdən istifadə prosesinin daha rahat və əlçatan edilməsi, həmçinin vətəndaş məmnunluğunun artırılmasına dəstək məqsədilə Könüllülük proqramı öz fəaliyyətinə davam edir. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Zefer.media– ya verilən məlumata görə, proqram gənclərin tibb müəssisələrində praktiki təcrübə qazanmasına və peşəkar bacarıqlarını inkişaf etdirməsinə, eyni zamanda vətəndaşlara göstərilən xidmətlərin daha səmərəli təşkilinə töhfə vermək məqsədi daşıyır.

Hazırda könüllülər Nizami Tibb Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Xətai Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Yeni Klinika kimi tibb müəssisələrində fəaliyyət göstərir.

Proqram çərçivəsində könüllülər tibb müəssisələrində pasiyentlərin qarşılanması və qeydiyyat prosesinin həyata keçirilməsi, habelə müvafiq həkimlərə yönləndirilməsi və məlumatların “myGov” platformasına inteqrasiyası istiqamətində çalışır, onlayn və canlı növbələrin idarə olunması prosesinə müvafiq dəstək göstərirlər.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində fəaliyyət göstərən könüllülər isə vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə keçirilən sorğuların təşkilində və icrasında iştirak edirlər. Bu çərçivədə təcili tibbi yardıma müraciət etmiş vətəndaşlarla telefon əlaqəsi yaradılır, göstərilmiş xidmətin keyfiyyəti və səviyyəsi qiymətləndirilir, onların rəy və təklifləri öyrənilir.

Könüllülük fəaliyyəti vasitəsilə gənclər tibb müəssisələrinin iş prinsipləri ilə daha yaxından tanış olur və vətəndaşlara göstərilən xidmətlərin təşkilində fəal iştirak imkanı əldə edirlər.

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

Oktyabr 26, 2026
Cəmiyyət

13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı

Oktyabr 26, 2026
Cəmiyyət

Elnarə Baxış işindən azad olundu

Oktyabr 26, 2026
Cəmiyyət

Məşhur jurnalist ATV-də baş redaktor təyin edildi

Oktyabr 26, 2026
Cəmiyyət

Yasamalda yanğın təhlükəsizliyi qaydalarını pozan restoran bağlandı

Oktyabr 26, 2026
Cəmiyyət

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

Oktyabr 25, 2026

XƏBƏR LENTİ

İslam Əməkdaşlıq Təşkilatının baş katibi “ASAN xidmət”də

26 Oktyabr, 26 / 18:43

ATTA-nın İdarə Heyətinin iclası macəra turizmi üzrə dünya liderlərini Kapadokiyada bir araya gətirdi

26 Oktyabr, 26 / 18:38

Putin Ukrayna üzrə danışıqlardan NATO-nun 1997-ci il sərhədlərinə qayıtması üçün istifadə etmək istəyir

26 Oktyabr, 26 / 18:12

Putinin Valdaydakı iqamətgahının ətrafında 50-dən çox hava hücumundan müdafiə mövqeyi yaradılıb

26 Oktyabr, 26 / 18:06

SOCAR prezidenti Rövşən Nəcəf Everest zirvəsinə qalxıb

26 Oktyabr, 26 / 17:58

Pentaqon ABŞ-dəki iri hərbi bazaları 90 günlük avtonom fəaliyyətə hazırlayır

26 Oktyabr, 26 / 17:52

Azər Aslanov: Bu gün ölkəmizdə idmana yaradılan şərait gənclər üçün böyük stimuldur

26 Oktyabr, 26 / 17:04

Əraqçi Avropadakı etirazları enerji böhranı ilə əlaqələndirib

26 Oktyabr, 26 / 16:17

Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir

26 Oktyabr, 26 / 16:13

Tramp Orbanı BMT-nin baş katibi vəzifəsinə namizəd göstərmək istəyir

26 Oktyabr, 26 / 16:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.