• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Ashburn
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Şahin Mustafayevin Ermənistana səfəri sülh prosesinə nə vəd edir? - AÇIQLAMA 

29 Aprel, 26 / 15:03
A A

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib. 

Bəs bu qarşılıqlı əlaqələr, səfərlər sülh prosesinə hansı töhvələr verə bilər?

Zefer.media–ya açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki Ermənistan–Azərbaycan arasında sülh sazişinin mətni artıq razılaşdırılıb:

“Razılaşma təbii olaraq iki dövlət arasında münasibətlərin inkişafı üçün müxtəlif dövlət qurumlarının müntəzəm görüşlərini zəruri edir və bu proses artıq davam edir.

Hazırda sərhədlərin müəyyən olunması və dəqiqləşdirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda Azərbaycanın dörd kəndinin Ermənistan ərazisində qalması məsələsi gündəmdədir və bu ərazilərin geri qaytarılması üçün dövlət nümayəndələri və rəsmilər arasında mütəmadi görüşlərin keçirilməsi vacibdir.
Digər mühüm istiqamətlərdən biri nəqliyyat infrastrukturunun açılmasıdır. Azərbaycanla Ermənistan arasında yük daşımalarının həyata keçirilməsi, o cümlədən yük vaqonlarının hərəkətinə icazə verilməsi, eləcə də yanacaq və benzin satışı kimi iqtisadi əlaqələrin formalaşması müşahidə olunur. Bu isə dövlətlərarası münasibətlərin inkişafına töhfə verən amillərdəndir.

Bununla yanaşı, Azərbaycanın Naxçıvanla əlaqəsinin bərpası məsələsi də prioritet olaraq qalır. Ermənistan tərəfi sözügedən istiqamətdə müəyyən açıqlamalar verərək mövqe nümayiş etdirir. Nəqliyyat yollarının açılması ilə bağlı danışıqların davam etdirilməsi və həmin istiqamətdə dövlət başçıları, nümayəndə heyətləri və rəsmilər arasında müntəzəm görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Şahin Mustafayevin Ermənistana səfəri də məhz qeyd olunan problemlərin həlli və münasibətlərin inkişafı məqsədi daşıyır. Bu cür səfərlər gələcəkdə prosesin davamlılığını təmin etmək üçün sənədləşmə işlərinin aparılmasına zəmin yaradır.

Əsas məsələlərdən biri də Ermənistan–Azərbaycan münasibətlərinin gələcək konturlarının indidən müəyyənləşdirilməsidir. Ermənistanda keçiriləcək seçkilərdən sonra hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, dövlətlərarası münasibətlərin davamlılığı təmin edilməlidir. Hakimiyyət dəyişikliyi bu münasibətlərə mənfi təsir göstərməməlidir. Bu baxımdan əldə olunan razılaşmaların indidən hüquqi sənədlərlə təsbit edilməsi vacibdir.
Şahin Mustafayevin Ermənistana səfəri həm də sülh sazişinin reallaşması üçün Ermənistan cəmiyyətində müəyyən ictimai rəyin formalaşmasına xidmət edə bilər. Bu, iki ölkə arasında iqtisadi və siyasi münasibətlərin normallaşmasına yönəlmiş mühüm addımlardan biridir”.

Politoloq əlavə edib ki, xüsusilə sərhədlərin müəyyənləşdirilməsi və delimitasiya prosesi xüsusi önəm daşıyır:

“Həmin istiqamətdə atılan addımlar ümumi sülh prosesinin əsas sütunlarından hesab olunur.

Ümumilikdə, belə səfərlərin intensiv xarakter alması vacibdir. Artıq qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər arasında qarşılıqlı səfərlər həyata keçirilib. Dövlət nümayəndələrinin də bu prosesdə fəal iştirakı ümumi sülh və əməkdaşlıq mühitinin formalaşmasına müsbət təsir göstərə bilər”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

Avqust 15, 2026
Manşet

Prezident İlham Əliyevdən daha 4 fərman

Avqust 14, 2026
Xarici xəbərlər

ABŞ İrana qarşı “misli görünməmiş” iqtisadi tədbirlər hazırlayır 

Avqust 14, 2026
Siyasət

Prezident 2 fərman imzalayıb

Avqust 14, 2026
Siyasət

“Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

Avqust 14, 2026
Dünya

“İranın Hörmüz kartı artıq əvvəlki təsir gücünü itirib”

Avqust 14, 2026

XƏBƏR LENTİ

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

15 Avqust, 26 / 14:01

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.