Ermənistan hökuməti ABŞ-ın İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirir.
Zefer.media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
Ermənistan hökumətinin başçısı deyib ki, banklardan danışmışkən, onlar artıq çox intizamlıdırlar: bəzi ekspertlər hətta bunu həddindən artıq ehtiyatlılıq hesab edirlər, lakin təcrübə göstərir ki, bu yanaşma özünü doğruldur.
İqtisadiyyatın digər sahələrinə gəldikdə isə, ABŞ hökumətinin qərarının məzmununu diqqətlə öyrənmək və zərurət yarandıqda beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparmaq lazımdır.
“Başlıq bir şeydir, məzmun isə başqa şeydir. Sənəd uzundur və hazırda onu təhlil edirik. Amma məlum ola bilər ki, bəzi məsələlərin müzakirəsinə ehtiyac qalmayacaq”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdə, Ermənistan həm Rusiya Federasiyası, həm də bütövlükdə AİB ilə ticarət əlaqələrini elə bir çərçivədə saxlaya bildi ki, sanksiya riski ilə üzləşməsin.
Zərintac Mayisqızı

















