Vladimir Zelenski Rusiyanın gecə saatlarında ballistik, qanadlı və gəmi əleyhinə raketlər, həmçinin hücum dronlarından istifadə etməklə genişmiqyaslı hücum həyata keçirdiyini bildirib.
Zefer.media xarici mənbələrə istinadən bildirir ki, onun sözlərinə görə, Kiyevdə iki nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Yaşayış evlərinə və mülki infrastruktura ziyan dəyib. Hücumlar, həmçinin Kiyev, Odessa, Xarkov, Sumı, Zaporojye və Dnepropetrovsk vilayətlərində qeydə alınıb.
Zelenskinin iddiasına görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri 175 hava hədəfini vurub. O, ballistik raketlərin qarşısının alınmasında çətinliklərin olduğunu qeyd edərək tərəfdaşlarını hava hücumundan müdafiə vasitələrinin tədarükünü artırmağa yenidən çağırıb.
Lalə Qurbanlı

















