İyulun 24-si səhəri Slavyanskda partlayış səsləri eşidilib. Rusiya ordusu şəhərə aviabombalar atıb. Ölən və yaralananlar var, yaşayış binalarına, bir müəssisəyə və diplomatik nümayəndəliyə ziyan dəyib.
Zefer.media xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Vadim Filaşkin deyib.
Slavyanskın bombalanması nəticəsində beş nəfər həlak olub, doqquz nəfər yaralanıb. Rəqəmlər yenilənir.
Bombalar on fərdi evi dağıdıb. Bir müəssisə və Latviya Respublikasının fəxri konsulluğunun binasına da ziyan dəyib.
Zərintac Mayisqızı

















