“Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana, eləcə də “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyana və onların silahdaşlarına qarşı cinayət işlərini sabotaj edən məhkəmə məmurları da məsuliyyətə cəlb olunacaqlar”.
Zefer.media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, xatırladıb ki, 2018-ci ildə bu şəxslərin qanunsuz varlanmaya görə məsuliyyət daşımalı olduqlarını bildirmişdi. İndi isə bir Ermənistan vətəndaşı olaraq, Köçəryana qarşı ittiham aktını hazırlayan bütün hüquq sistemi rəsmilərinə təşəkkür etmək istəyir.
Nazirin sözlərinə görə, bütün bu faktların çoxdan məlum olduğu və ən azı 2018-ci ildən (ölkə hökuməti dəyişdikdən sonra) bunlara əsasən cinayət işləri açıla biləcəyi də göz qabağındadır.
Zərintac Mayisqızı

















