• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9093
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Rusiya Ermənistan məhsullarına qapını bağlayır? - Politoloqdan açıqlama 

22 May, 26 / 18:43
A A

Standartlara cavab vermədiyi halda Ermənistan mallarının Rusiyaya idxalına məhdudiyyətlər qoyulub, qoyulur və qoyulacaq.

Bu fikirləri Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandan Rusiyaya gül daşınmasına qoyulan məhdudiyyətləri şərh edərkən deyib.

Paşinyan bildirib ki, Aİİ məkanında məhsulların keyfiyyəti və mənşəyi ilə bağlı oxşar hallar əvvəllər də yaşanıb və bu məsələlər müxtəlif platformalarda müzakirə olunub.

“Dostluq dostluqdur, vəzifə də vəzifədir. Əgər münasibətlər dostcasınadırsa, bu o deməkdirmi ki, Aİİ standartlarına cavab verməyən mallar heç bir monitorinq olmadan ölkəyə buraxılmalıdır?” – deyə o ifadə edib.

Adıçəkilən məhdudiyyətlər nədən xəbər verir ?

Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin mümkün nəticələrindən danışan politoloq Elçin Xalidbəyli Zefer.media-ya açıqlamasında vurğulayıb ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiya bazarından asılıdır:

“Ermənistan iqtisadiyyatı üçün Rusiya bazarları hazırda, demək olar ki, həlledici xarakter daşıyır. Çünki Ermənistan iqtisadiyyatının istehsalı olan məhsulların mütləq hissəsi məhz Rusiya bazarlarına çıxarılır. Əgər həmin bazarlar bağlanarsa, o zaman Ermənistan iqtisadiyyatı tamamilə çökə bilər. Artıq sözügedən proses başlamış kimi görünür. Çünki Kreml Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasına qadağa qoymağa başlayıb. Bunu da məhz seçki ərəfəsində edir. Çünki kənd təsərrüfatı məhsulları tez xarab olan məhsullar olduğuna görə, onların istehsalçıları ciddi zərərə məruz qalacaqlar və nəticədə bunun günahını Paşinyan hakimiyyətində gördüklərinə görə ona səs verməkdən imtina edə bilərlər”.

Ekspert Rusiyanın addımlarını siyasi təzyiq vasitəsi kimi qiymətləndirib:

“Təbii ki, Kremldə bütün bunları hesablayıblar. Ona görə də hazırda Paşinyan hakimiyyətinə təzyiq göstərmək üçün Ermənistana iqtisadi-ticari sanksiyalar tətbiq etməyə başlayıblar. Belə anlaşılır ki, seçki günü yaxınlaşdıqca Paşinyan hakimiyyətinə zərbə vurmaq üçün Ermənistana qarşı iqtisadi-ticari və yaxud da digər istiqamətlər üzrə Rusiyanın zərbələri, təzyiqləri daha da artmağa başlayacaq. Kremlin əsas məqsədi iki ölkə arasındakı iqtisadi-ticari əlaqələri də geopolitik alətə çevirərək Paşinyan hakimiyyətini zəiflətmək və seçkidə məğlubiyyətə məruz qoymaqdan ibarətdir.
Böyük ehtimalla, yaxın günlərdə biz Rusiyanın Ermənistanla bağlı planlarını daha açıq-aydın şəkildə görməyə başlayacağıq. Hətta ola bilər ki, seçki günü yaxınlaşdıqca, hətta seçkidən sonra belə Ermənistan əhalisini Paşinyan hakimiyyətinə qarşı qoymaq üçün Rusiya hətta ölkə daxilində, yəni Ermənistan daxilində vətəndaş qarşıdurmasına qədər ağır, radikal addımların atılmasına da cəhd göstərə bilər. Bu da onu göstərir ki, Ermənistan hazırda çox taleyüklü mərhələdən keçir və bu mərhələ Ermənistanın birbaşa gələcək taleyini həll edəcək”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Gündəm

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Oktyabr 9, 2026
Gündəm

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabr 9, 2026
Siyasət

Azərbaycanın Mərkəzi Asiya formatında yeni mövqeyi

Oktyabr 9, 2026
Siyasət

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Oktyabr 8, 2026
Siyasət

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Oktyabr 8, 2026
Siyasət

Sərhədin o tayında strateji görüş: Bakı və İrəvan nümayəndələri bir araya gəldi

Oktyabr 8, 2026

XƏBƏR LENTİ

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib

09 Oktyabr, 26 / 18:49

Lukaşenko Azərbaycanın MDB-yə sədrliyini üzərinə götürmək qərarını tarixi adlandırıb

09 Oktyabr, 26 / 18:40

Monteneqroda “Rıbar” layihəsinin rəhbəri saxlanılıb

09 Oktyabr, 26 / 18:31

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

09 Oktyabr, 26 / 18:25

Süni intellektlə qətl üsullarını müzakirə edən Varşava sakini yoxlamaya aparılıb

09 Oktyabr, 26 / 18:15

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

09 Oktyabr, 26 / 18:13

Afrika ölkələri Ukraynadan əsir düşən vətəndaşlarını insan alveri qurbanı kimi tanımağı tələb edir

09 Oktyabr, 26 / 18:07

“Kuba artıq süqut edib” – Tramp İran məsələsindən sonra ada ilə bağlı nə planlaşdırır?

09 Oktyabr, 26 / 17:56

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr, 26 / 14:36

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

09 Oktyabr, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.