• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“Qlobal çağırışlar qarşısında İslam dünyasının həmrəyliyi zəruridir” – Millət vəkili

24 İyun, 26 / 15:15
A A
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası müsəlman ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığının gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.Tədbirdə 40-dan çox ölkədən parlament nümayəndə heyətləri, spikerlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər. Sessiyanın gündəliyində dayanıqlı və inklüziv iqtisadi inkişaf, parlament diplomatiyasının rolu, insan hüquqları, ətraf mühit və beynəlxalq əməkdaşlıq məsələləri yer alıb.

Konfransın əhəmiyyəti və İslam dünyasının qarşısında duran çağırışlarla bağlı fikirlərini Metbuat.az-a açıqlayan millət vəkili Cavanşir Feyziyev bildirib ki, hazırkı qlobal transformasiyalar fonunda İƏT məkanında əməkdaşlığın dərinləşdirilməsi həm siyasi, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Millət vəkili qeyd edib ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası İslam dünyasının parlamentlər səviyyəsində ən geniştərkibli dialoq və əməkdaşlıq platformalarından biridir.

Onun sözlərinə görə, son illər qlobal geosiyasi vəziyyətin daha da mürəkkəbləşməsi fonunda İslam ölkələrinin üzləşdiyi problemlər və həmin problemlərin birgə səylərlə həlli yollarının müzakirəsi konfransın əsas gündəliyini təşkil edir:

“İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası İslam dünyasının parlamentlər çərçivəsində ən geniştərkibli müzakirə platformasıdır. Son illərdə getdikcə mürəkkəbləşən qlobal geosiyasi şəraitdə İslam ölkələrinin üzləşdiyi problemlər və bu problemlərin birgə səylər əsasında aradan qaldırılması yollarının axtarışı konfransın əsas gündəliyini təşkil edir. Qlobal beynəlxalq münasibətlər sistemində yeni dünya nizamına keçidin zəruriləşdiyi bir zamanda islamofobiya, ikili standartlar, hibrid müharibələr, təbii resurslar uğrunda kəskin rəqabət və kibertəhlükəsizlik təminatı kimi məsələlərin aktuallığı daha da artmaqdadır.

Bütün dövlətlər kimi, İslam dünyasının hər bir ölkəsi də bu çağırışlar qarşısında müqavimət immuniteti əldə etməyə çalışır və bu, təbiidir. Lakin belə bir immuniteti qlobal miqyasda beynəlxalq siyasətdə baş verən bütün prosesləri düzgün dəyərləndirmədən, bu proseslərdə kollektiv iştirakın konturlarını müəyyən etmədən və birgə fəaliyyət istiqamətlərini formalaşdırmadan təklikdə əldə etmək mümkün deyil.

Belə müzakirələrin aparılması üçün isə İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı daha uyğun və daha geniş siyasi formatdır. Düşünürəm ki, bu platformada qəbul olunan qərarlar sözügedən problemlərin araşdırılmasına mühüm töhfə verə bilər”.

Millət vəkili əlavə edib ki, bu yaxınlarda Bakının uğurla ev sahibliyi etdiyi İslam İnkişaf Bankının illik toplantısı da İslam ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli rol oynayır.

Cavanşir Feyziyev vurğulayıb ki, İslam İnkişaf Bankının rəhbərliyi Bakıda keçirilən tədbirdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini açıq şəkildə ifadə edib:

“Bu, ilk növbədə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığa açıq siyasəti, irəli sürdüyü layihələrin regional və qlobal əhəmiyyəti ilə bağlıdır. Azərbaycan bu gün regionda iqtisadi sabitliyi, əlverişli investisiya mühiti və etibarlı tərəfdaş imici ilə seçilən ölkələrdən biridir.

Eyni zamanda, ölkəmizdə xarici investisiyaların cəlb olunmasına xidmət edən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət tərəfindən yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılması Azərbaycanın beynəlxalq maliyyə institutları və sərmayədarlar üçün cəlbediciliyini artırır.

Dövlət zəmanəti ilə həyata keçirilən iri layihələr və beynəlxalq maliyyə sazişləri müntəzəm olaraq Milli Məclisdə müzakirə edilərək təsdiqlənir. Bu proses dövlətin maliyyə və investisiya siyasətində şəffaflığın təmin edilməsinə, həmçinin cəmiyyətin nümayəndələri vasitəsilə qərarların qəbulunda iştirakına imkan yaradır. Bütün bunlar Azərbaycanın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır”.

Bənzər Xəbərlər

Gündəm

TƏBİB tabeli tibb müəssisələrində bakteriya koloniyalarının sürətli laborator diaqnostikası tətbiq olundu

İyun 24, 2026
Gündəm

Azərbaycan və Türkmənistan prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər

İyun 23, 2026
Gündəm

Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İyun 23, 2026
Gündəm

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir

İyun 23, 2026
Gündəm

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

İyun 23, 2026
Gündəm

İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib

İyun 22, 2026

XƏBƏR LENTİ

Mark Rutte Donald Tramp ilə görüşündə gərginliyi azaltmağa çalışacaq

24 İyun, 26 / 17:28

“İranın yenidənqurma fondu üçün təklif olunan 300 milyard dollarlıq fond arzuolunandır”

24 İyun, 26 / 17:26

Qətər ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

24 İyun, 26 / 17:11

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

24 İyun, 26 / 17:07

Hindistanın baş naziri Xameneyinin dəfninə dəvət edilib

24 İyun, 26 / 16:02

Ukrayna Orenburqda qaz emalı müəssisəsinə dron zərbəsi endirdi

24 İyun, 26 / 15:59

İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

24 İyun, 26 / 15:53

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilib

24 İyun, 26 / 15:52

“Ukraynaya sabitləşdirmə qoşunlarının yerləşdirilməsi yeni Berlin divarının yaradılmasına gətirib çıxaracaq”

24 İyun, 26 / 15:49

Ərdoğan: Türkiyə dünyada çəki və nüfuz qazanıb

24 İyun, 26 / 15:39

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.