Dünya

Ərdoğan: Türkiyə dünyada çəki və nüfuz qazanıb

24 İyun 2026, 15:391
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə prezidenti və AK Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan AK Partiyasının Parlament Qrup Toplantısındakı çıxışında 81 əyalətin hamısında, eləcə də Avropada və dünyanın müxtəlif yerlərində milləti uğurla təmsil edən bütün vətəndaşlara salamlarını çatdırıb.

Zefer.media xəbər verir ki, o bildirib:

“Müxtəlif çətinliklərlə üzləşmək bahasına şərəfli bir həyat və ləyaqətli bir mövqe uğrunda mübarizə aparan bütün soydaşlarımıza və ürəyimizdəki hər bir qardaş və bacıya hörmət və sevgimi bildirirəm”.

Türkiyə lideri həmçinin qeyd edib ki, mübarizə, əziyyət və ödədikləri bədəlin bəhrəsini görməyə başladıqları bir dövrdədirlır.

“Bu gün Türkiyə öz bölgəsində və dünyada əvvəllər heç vaxt yaşamadığı bir çəki və nüfuz qazanıb. Türkiyə qlobal sistemdə baş verən dəyişiklikləri ən yaxşı başa düşən və rasional siyasətlər hazırlayaraq bu prosesi ən yaxşı idarə edən ölkələrdən biridir. Biz potensialımızın və imkanlarımızın fərqindəyik. Son İran böhranında Türkiyənin və Türkiyənin xarici siyasətinin çatdığı yüksək potensialı bir daha görmək fürsətimiz oldu. Sağlam düşüncə, ehtiyatlılıq və ədalətə əsaslanan siyasətimizlə ölkəmizi bu atəş dairəsindən uzaq tutduq”, – Siyasətçi əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600