Ukrayna prezidenti Volodimir Zelenskinin şəxsi görüş təklif edən açıq məktubu danışıqlar prosesinin başlanması üçün şərait yaratmır.
Zefer.media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
Cəbhədəki vəziyyətdən də danışan Putin bildirib: “Rusiya lazım olan yerə gedəcək. Hazırda Rusiya Silahlı Qüvvələri qarşı tərəfə bütün təmas nöqtələrində təzyiq göstərir”.
Xatırladaq ki, daha əvvəl Zelenski rəsmi saytında açıq məktub dərc etmişdi və orada Rusiya liderinə münaqişəyə son qoymaq yollarını müzakirə etmək üçün üçüncü bir ölkədə görüş keçirməyi təklif etmişdi.
Zərintac Mayisqızı

















