Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını, eləcə də, veteranları Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib.
Zefer.media xəbər verir ki, Azərbaycan Respublikasını Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın sülh və tərəqqi yolunda qətiyyətlə irəlilədiyini bildirən polkovnik Cəlil Xəlilov, bu yolun dövlətimizin və xalqımızın gələcək uğurlarının qarantı olduğunu vurğulayıb, xoş arzularını ifadə edib.

















