33 ildən sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər işğaldan azad edilmiş Qarabağa səfər edib.
Zefer.media xəbər verir ki, Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəyli səfərlə bağlı video və fotoları özünün feysbukda paylaşıb.
Səfərdə İsa Qəmbərlə yanaşı, Müsavat Partiyasının Məclis sədri Arif Hacılı, Müsavat Partiyası Mərkəzi Aparatının sədri Gülağa Aslanlı, Müsavat başqanın müavini Razim Əmiraslanlı və digər partiya təmsilçiləri də iştirak ediblər. Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanında olub, Hadrutu ziyarət edib, həmçinin Azıx mağarasına qalxaraq bölgənin tarixi və təbii abidələri ilə tanış olub.
Qeyd edək ki, İsa Qəmbər əslən Füzuli rayonunun Kürdlər kəndindəndir.

















