Dünya

İrandan ABŞ-yə xəbərdarlıq

30 İyul 2026, 17:380
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-nin İran şəhərlərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mövqelərinə hücumlarından bir neçə saat sonra SEPAH Hörmüz boğazına nəzarəti vurğulayaraq “təcavüzkar bu gün cəzalandırılacaq” açıqlamasını yayıb.

Zefer.media xəbər verir ki, SEPAH bəyan edib:

“Hörmüz boğazı İranın ərazisidir və korpusun hərbi dəniz qüvvələri boğaza tam nəzarət edir.
Minlərlə kilometr uzaqdan gələn xarici qüvvələrin müdaxiləsinə icazə verilməyəcək. Təcavüzkara kömək edən ölkələr davranışlarını düzəltməsələr, sərt cavab alacaqlar”.

SEPAH-ın məlumatına görə, ABŞ rəsmilərinin “şişirtmələri, təhdidləri və bölgədəki dəniz nəqliyyatına müdaxilələri” davam etdiyi müddətdə Hörmüz boğazı açılmayacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600