Ağ Ev ABŞ Prezidenti Donald Trampın İran müharibəsi ilə bağlı öz komandasından məyus olması barədə Amerika mediasında yer alan iddiaları təkzib edib.
Zefer.media xəbər verir ki, mediada yayılan məlumata görə, Donald Tramp İran münaqişəsinə son qoymaq üçün dayandırılmış səylərdən və onun yüksəkrütbəli hərbi müşavirləri arasında fikir ayrılıqlarından əsəbiləşib.
Adı açıqlanmayan rəsmi mənbə “NBC News” telekanalına bildirib: “Prezident əsəbiləşib. Düşünmürəm ki, o, iranlıları razılığa gətirməyin bu qədər çətin olacağına inanırdı. Son nöqtəyə çatmaq üçün nə qədər vaxt və ya nə etməli olduqları barədə real strategiya yox idi. O, bunun yorucu və uzunmüddətli müharibə olacağını nəzərdə tutmurdu”.
ABŞ rəsmisi bildirib ki, Trampın məyusluğu fevralın 28-də Əli Xameneinin öldürülməsi ilə başlayan və daha sonra İranın qisasına, Hörmüz boğazının bağlanmasına və çıxılmaz vəziyyətə çevrilən ABŞ-İsrail birgə hava hücumları ilə başlayan müharibənin necə idarə olunacağı ilə bağlı fikir ayrılıqlarından qaynaqlanır.
Rəsmi mənbə telekanala müsahibəsində deyib: “Bütün bu müddətdən sonra birlik yoxdur. Bir sıra taktiki qələbələrimiz olub, lakin aydın siyasi rəhbərlik və ya bu proseslərin hara gedəcəyi barədə qərar olmadan strateji məğlubiyyətlə üzləşirik”.
Mənbə, həmçinin iddia edir ki, Tramp milli təhlükəsizlik iclası zamanı müşavirlərinə təhqiramiz ifadələr işlədib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bu məlumatı təkzib edərək deyib: “Bu, yalandır. Prezidentin etibar etdiyi əla komandası var və oradakı hər kəs onun son qərarı verən şəxs olduğunu bilir. Prezident anlaşma memorandumunun pozulduğu, əsgərlərimizin öldürüldüyü və boğazdakı gəmilərimizə atəş açıldığı vəziyyətə sakit baxmayacaq. Beləliklə, bu vəziyyət dəyişməyincə, onun davranışı da dəyişməyəcək. O, İranı cəzalandırmaq üçün hazır vəziyyətdədir”.
Pentaqon sözçüsü Şon Parnell bu mesajı təkrarlayaraq bildirib ki, Müdafiə Nazirliyi dözümlüdür və Prezidentin bütün göstərişlərini dərhal yerinə yetirməyə hazırdır”.
Zərintac Mayisqızı

















