Ötən günlərdə Bolqarıstan parlamenti ABŞ Hərbi Hava Qüvvələrinin yanacaq doldurma təyyarələrinin Bessemer hərbi bazasına müvəqqəti yerləşdirilməsini təsdiqləyib.
Zefer.media xəbər verir ki, qərar İranın belə bir addımın “təcavüz və müharibə cinayətlərində iştirak” anlamına gələcəyi barədə xəbərdarlığına baxmayaraq qəbul edilib.
Eyni zamanda, Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov parlamentdə bildirib ki, ölkə ərazisində heç bir hücum silah sistemi yerləşdirilməyəcək. Onun sözlərinə görə, ABŞ tanker təyyarələrinin Bolqarıstanda müvəqqəti olması ölkəni hərbi əməliyyatların tərəfinə çevirmir.
Bolqarıstan hökumətinin ABŞ-yə məxsus səkkizə qədər KC-135 tanker təyyarəsinin ölkədə yerləşdirilməsi ilə bağlı planı parlamentdə 136 millət vəkilinin lehinə, 13 deputatın əleyhinə və 2 parlament üzvünün bitərəf səsi ilə təsdiqlənib.
Zərintac Mayisqızı

















