Rusiya İranla tərəfdaşlığını davam etdirəcək.
Zefer.media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ maliyyə naziri Skott Bessentin Tehranı dəstəkləyən ölkələrə İrandan “uzaq durmaq” çağırışına münasibət bildirərkən deyib.
Peskov “Vesti” televiziya proqramına müsahibəsində ABŞ-ın digər ölkələrin xarici əlaqələri üzərində nəzarət qurmaq cəhdlərini tənqid edib.
“ABŞ-ın hər hansı bir ölkə ilə münasibətlər üzərində inhisar qurması nə mümkün, nə də məqsədəuyğundur”, – Kremlin sözçüsü bildirib.
“Bizim öz tərəfdaşlarımız və dostlarımız var. Bu dostluq və tərəfdaşlıq münasibətlərini qoruyacaq və daha da inkişaf etdirəcəyik”, – Peskov əlavə edib.
Zərintac Mayisqızı

















