Dünən axşam saatlarında silahlı şəxslər Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Hanqu bölgəsindəki Xazina polis məntəqəsinə hücum ediblər.
Zefer.media xəbər verir ki, təxminən bir saat davam edən qarşıdurma zamanı 11 polis həlak olub, 20-dən çox polis yaralanıb. Təhlükəsizlik qüvvələri hücum edən 15 yaraqlının öldürüldüyünü bildirib.
Hakimiyyət orqanları yaraqlıların ağır silahlardan istifadə etdiyini, hadisə yerinə göndərilən təhlükəsizlik qüvvələrinin isə pusquya salındığını açıqlayıb.
Hələlik heç bir qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, şübhələr son aylarda Pakistanın təhlükəsizlik qüvvələrinə qarşı hücumları artıran Təhrik-e Taliban Pakistan (TTP) üzərindədir.
Zərintac Mayisqızı

















