• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Özbəkistan–Azərbaycan təhsil əməkdaşlığı strateji tərəfdaşlığı möhkəmləndirir – Politoloq

23 May, 26 / 12:29
A A

“Özbəkistan və Azərbaycan ikitərəfli strateji müttəfiq dövlətlərdir və xalqlar arasında tarix boyu mövcud olmuş yaxın münasibətlər bu gün də davam edir”.

Zefer.media xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Bakıda keçirilən Özbəkistan universitetlərinin III təhsil sərgisində deyib.

“Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. Hesab edirəm ki, artıq yalnız siyasi və iqtisadi əlaqələr deyil, humanitar və təhsil sahəsində münasibətlərin də daha da genişlənməsi vacibdir. Bu isə xalqlar arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və strateji müttəfiqliyin daha da inkişaf etməsinə şərait yaradır.

Özbəkistan ali təhsil müəssisələrinin Azərbaycanda sərgisinin keçirilməsi, Azərbaycan tələbələrinin Özbəkistanda təhsil alması, eyni zamanda Özbəkistandan gələn tələbələrin Azərbaycanda təhsil alması təhsil sahəsində qarşılıqlı inkişafın göstəricisidir. Bu proses, həmçinin yeni nəslin iki dövlət arasındakı münasibətlərdə körpü rolunu oynamasına səbəb olacaq.

Hesab edirəm ki, ali təhsil müəssisələrinin sərgilərinin Azərbaycanda keçirilməsi təhsil sahəsində yeni imkanlar yaradır və həm Özbəkistanda, həm də Azərbaycanda gənclərin bu istiqamətə marağını artıracaq. Həqiqətən də, Özbəkistan hazırda həm təhsil, həm siyasi, həm də iqtisadi sahədə inkişaf edir və Azərbaycanla müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün addımlar atır.

Düşünürəm ki, müttəfiqlik yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmamalı, eyni zamanda mədəni, humanitar və təhsil sahələrini də əhatə etməlidir. Məhz bu cür təhsil sərgilərinin təşkili də müttəfiqlik münasibətlərinin inkişafına töhfə verən əsas amillərdən biridir”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

İyun 24, 2026
Manşet

Ceyhun Bayramov Polşaya getdi

İyun 24, 2026
Manşet

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

İyun 24, 2026
Manşet

İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İyun 24, 2026
Hərbi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü keçirilib

İyun 24, 2026
Gündəm

“Qlobal çağırışlar qarşısında İslam dünyasının həmrəyliyi zəruridir” – Millət vəkili

İyun 24, 2026

XƏBƏR LENTİ

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

24 İyun, 26 / 18:45

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

24 İyun, 26 / 18:26

İsrail səfiri: “İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

24 İyun, 26 / 17:41

Ceyhun Bayramov Polşaya getdi

24 İyun, 26 / 17:34

Mark Rutte Donald Tramp ilə görüşündə gərginliyi azaltmağa çalışacaq

24 İyun, 26 / 17:28

“İranın yenidənqurma fondu üçün təklif olunan 300 milyard dollarlıq fond arzuolunandır”

24 İyun, 26 / 17:26

Qətər ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

24 İyun, 26 / 17:11

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

24 İyun, 26 / 17:07

Hindistanın baş naziri Xameneyinin dəfninə dəvət edilib

24 İyun, 26 / 16:02

Ukrayna Orenburqda qaz emalı müəssisəsinə dron zərbəsi endirdi

24 İyun, 26 / 15:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.