Oman Sultanı Heytəm bin Tariq çərşənbə axşamı İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-İran danışıqlarını müzakirə edib.
Zefer.media xarici KİV-ə istinadən xəbər verir ki, görüş Əl-Bərəkə sarayında baş tutub. Oman XİN-in məlumatına görə, İran nümayəndə heyəti danışıqların müxtəlif istiqamətləri barədə Sultana məlumat verib.
Nazirliyin məlumatına görə, Sultan Heytəm danışıqları dəstəklədiyini bildirib və onlara “bütün həll olunmamış məsələlərin dinc və qəti həllinə nail olmaqda uğurlar” arzulayıb. Müzakirə olunan məsələlərə Hörmüz boğazından gəmiçiliyin bərpası və təhlükəsizliyi, nüvə proqramı və digər əlaqəli problemlər daxildir.
İranın yüksəkvəzifəli nümayəndələri Qalibaf və Əraqçi strateji su yolunun idarə olunmasını müzakirə etmək üçün bir gün əvvəl Omana gəliblər.
Zərintac Mayisqızı















