• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
24.3° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Narsist şəxsiyyətlərlə münasibətdə ən böyük problemlər nələrdir ? - Araşdırma

26 May, 26 / 9:05
A A

Son illərdə narsistik davranışlar və insan münasibətlərinə təsiri həm psixoloji, həm də sosial baxımdan geniş müzakirə olunan mövzulardan birinə çevrilib. Bu davranışlar ailə münasibətlərində, dostluq əlaqələrində, iş mühitində və sosial şəbəkələrdə müxtəlif formalarda özünü göstərir. Xüsusilə sosial medianın həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə insanların özünü təqdim etmə tərzi, diqqət görmə istəyi və münasibətlərdə davranış formaları daha çox diqqət çəkməyə başlayıb. Mövzu həm insan psixologiyası, həm də cəmiyyət daxilində ünsiyyət, empatiya və münasibətlərin sağlam qurulması baxımından aktuallığını qoruyur.

Məsələnin psixoloji tərəfləri barədə Zefer.media – ya açıqlama verən psixoloq Sevinc Həbibova narsistik davranışların insan münasibətlərində özünü müxtəlif formalarda göstərə biləcəyini vurğulayıb :

“Narsizmin bir çox növləri var. Elə narsistlər var ki, hər zaman özlərini ön planda görmək istəyirlər. Onlar üzr istəməyi bilmirlər, empati qurmaqda çətinlik çəkirlər, özlərinə həddindən artıq bağlı və güvənli olurlar. Lakin iki narsist insan eyni mühitdə olduqda, uzun müddət birgə uyğun münasibət qura bilmirlər. Narsist insan istər iş mühitində, istər ailədə, istərsə də övladlar arasında olsun, müəyyən müddətdən sonra özünü büruzə verir. Bəziləri bunu çox yaxşı gizlədə bilir, lakin ünsiyyət, söhbət və ya birgə yaşayış zamanı davranışları ilə özlərini göstərirlər.

Narsist insanlarla münasibətdə ən vacib məqamlardan biri onları ideallaşdırmamaqdır. “Sənsiz yaşaya bilmərəm”, “Sən mənim hər şeyimsən” kimi ifadələr narsist insanın özünü daha üstün hiss etməsinə səbəb olur. Narsistlər qarşı tərəfin zəif nöqtələrini tez anlayırlar və məhz həmin məqamlardan istifadə edərək insanlarla manipulyasiya etməyə başlayırlar.

Narsistlə mübarizədə onların sözlərinə həddindən artıq reaksiya verməmək, sakit davranmaq və hər dediklərinə cavab qaytarmamaq vacibdir. Çünki narsisti ən çox narahat edən məqamlardan biri qarşısındakı insanın sakit qalması və onun təsirinə düşməməsidir. Narsistlər çox vaxt manipulyator rolunda çıxış edirlər və tez-tez “Mənim kimisini tapa bilməzsən”, “Səni mənim qədər heç kim sevə bilməz”, “Mənsiz heç nə edə bilməzsən” kimi ifadələr işlədirlər. Onlar qarşı tərəfdə tərk edilmək, dəyərsiz hiss etmək və asılı qalmaq qorxusu yaratmağa çalışırlar.

Belə vəziyyətlərdə insan həmin təsirlərə qapılmamalı, lazım gəldikdə münasibəti və ya əlaqəni bitirməyi bacarmalıdır. Çünki nasistlər çox zaman özlərini mükəmməl göstərməyə çalışırlar. Onlarda özünü həddindən artıq bəyənmək, yalnız öz fikirlərini doğru hesab etmək və diqqət mərkəzində olmaq istəyi üstünlük təşkil edir. Üzr istəmək və empati qurmaq isə onlar üçün çətin olur. Narsist insan qarşı tərəfin hisslərini, göz yaşını və ya emosional vəziyyətini həqiqi şəkildə anlamaqda çətinlik çəkir”.

Psixoloq narsistik davranışların özünü hər zaman açıq və dominant şəkildə göstərmədiyini deyib:

“Bəzi narsistlər isə daha sakit, az danışan, içə qapanıq və emosional görünə bilirlər. Lakin bu xüsusiyyətlər onların narsist olmadığını göstərmir. Məsələn, dostunu və ya yaxın insanını heç kimlə paylaşmaq istəməmək də narsistik davranış nümunəsi ola bilər. Sözügedən hal, həmin düşüncə tərzi çox vaxt qısqanclıq kimi qəbul edilsə də, bəzi hallarda insanın qarşı tərəf üzərində tam nəzarət istəyi ilə əlaqəli olur.

Ümumiyyətlə, narsizmin müxtəlif növləri mövcuddur və narsist şəxslər əksər vaxt öz səhvlərini qəbul etmir, daim haqlı olduqlarını düşünürlər. Əgər bir insan narsist biri ilə münasibəti və ya ünsiyyəti bitiribsə, həmin münasibətə yenidən qayıtmaq çətin və riskli ola bilər. Çünki narsist şəxs çox zaman əlaqəni yenidən bərpa edərək qarşı tərəfi yenidən öz təsiri altına salmağa çalışır”.

Sonda S. Həbibova bir çox hallarda narsistik davranışlarının kökündə uşaqlıq dövründə yaşanan travmaların dayandığını bildirib:

“Belə insanlar daim diqqət, maraq və təsdiq gözləyir, olduqları mühitdə ön planda olmağa, fikirlərinin soruşulmasına və diqqət mərkəzində qalmağa can atırlar. Nəticə etibarilə, daxil olduqları hər mühitdə özlərini təsdiqləməyə çalışırlar”.

Narsizmin sosial əlaqələrə təsiri haqqında açıqlama verən sosioloq Naib Niftəliyev müasir cəmiyyətdə fərdi özünütəsdiq ehtiyacının həddindən artıq güclənməsinin insanlar arasında münasibətlərin mahiyyətinə ciddi təsir göstərdiyini bildirib :

” Narsizm daha çox psixoloji kənarlaşma, yəni insan davranışında müəyyən psixoloji problemli vəziyyət kimi başa düşülür. Narsistlərin əsas xarakterik davranışı qarşı tərəfi dəyərdən salmaq, onu özünə tabe etdirmək və ya ona sadəcə istifadə edilən bir obyekt kimi yanaşmaqdır. Bu baxımdan cəmiyyətdə belə bir meyil və tendensiyanın mövcudluğu müşahidə olunur və bu, müəyyən mənada mənfi sosial inkişaf istiqaməti kimi özünü göstərir.

Təbii ki, gəncləri kütləvi şəkildə narsizmdə günahlandırmaq doğru olmaz; bu yanaşma ciddi yanlışlığa səbəb olar. Gənclərin davranışında, geyim tərzində və ya bəzi hallarda qaydalara qarşı çıxışlarında müşahidə edilən xüsusiyyətlər çox zaman inkişaf prosesinin təbii mərhələsi kimi qiymətləndirilməlidir. Lakin bununla yanaşı, narsistik meyllərin müəyyən dərəcədə artdığı da müşahidə olunur ki, bu da müasir dövrün ziddiyyətli və paradoksal xüsusiyyətlərindən biridir”.

Sosioloqun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün sosial maarifləndirmə işlərinin gücləndirilməsi, məktəblərdə emosional intellektin inkişaf etdirilməsi və empatiya yönümlü təlimlərin tətbiqi mühüm rol oynaya bilər :

” Belə bir vəziyyətdə əsas sual yaranır: nə etmək lazımdır? Narsistik davranışlar psixo-sosial səbəblərlə bağlı olduğuna görə onlara birbaşa və tam müdaxilə etmək və ya təhsil vasitəsilə tam şəkildə aradan qaldırmaq qismən məhduddur. Bu hal şizofreniya kimi klinik pozuntu deyil, daha çox sosial kənarlaşma və sosial disbalansın təzahürüdür. Buna görə də bəzi sosial və maarifləndirici tədbirlər vasitəsilə həmin şəxslərin davranışlarını qismən dəyişmək və onları daha adaptiv sosial davranışa yönəltmək mümkündür.

Lakin narsist şəxslərə tam şəkildə təsir etmək həmişə mümkün olmur. Bu səbəbdən bəzi hallarda psixoloji təsir və müdaxilələr müəyyən qədər effektli ola bilər. Buraya gestalt terapiyasının bəzi konflikt yanaşmaları və insanın öz daxili vəziyyəti ilə üzləşdirilməsi kimi metodlar aid edilə bilər. Nəticə etibarilə, bəzi şəxslərdə — təxminən 20–25 faiz hallarda — iradi keyfiyyətlər hesabına narsistik meyllərin aşılması və daha balanslı həyata qayıdış mümkündür.

Bununla belə, narsizmin cəmiyyətdə kütləvi şəkildə yayılması fikri tam doğru hesab edilə bilməz və bu cür yanaşma sosial-psixoloji inkişaf tendensiyalarına ziddir. Gənclər arasında narsizmin geniş yayılması kimi iddialar birmənalı fakt kimi qəbul edilə bilməz. Burada daha çox eqo davranışlarının və fərdi maraqların güclənməsi müşahidə olunur ki, bu da bəzən səhv olaraq narsizmlə eyniləşdirilir. Əslində isə hər eqoist davranışı və ya yanlış sosial təsir nəticəsində formalaşmış davranışı narsizm kimi qiymətləndirmək düzgün deyil.

Qeyd edilən yanlış ümumiləşdirmələr nəticəsində cəmiyyətdə doğru olmayan qənaətlər formalaşa bilər. Halbuki hər bir cəmiyyətdə müəyyən dərəcədə narsistik meyllərə malik insanlar mövcuddur. Bunun qarşısının alınması isə yalnız tərbiyə ilə deyil, eyni zamanda iradi keyfiyyətlərin inkişafı ilə bağlıdır.

İnsanın normal sosiallaşması və ahəngdar inkişafı şəraitində empatiya, mərhəmət, şəfqət və humanist düşüncə formalaşdıqca narsistik meyllər zəifləyir və arxa plana keçir. Bu baxımdan insanın şəxsiyyət kimi düzgün formalaşdırılması vacibdir. Şəxsiyyət olaraq formalaşmış insan qarşısındakı şəxsi də bir şəxsiyyət kimi qəbul edir, onun hüquqlarını, azadlıqlarını və bərabər dəyərini tanıyır və ona hörmətlə yanaşır.

Bu yanaşma nəticəsində narsizm davranışın arxa planında qalır və dominant xüsusiyyət kimi çıxış etmir. İdeal şəraitdə tamamilə yoxa çıxmasa da, əhəmiyyətli dərəcədə zəifləyir. Zaman və sosial mühit də insan davranışına təsir göstərərək bu meyllərin dəyişməsinə səbəb olur.

Nəticə etibarilə, narsistik meyllərin həlli sosial təsir, maarifləndirmə və müəyyən dərəcədə sosial nəzarət vasitəsilə mümkündür. Çünki ifrat narsistik davranışlar sosial qəbul olunmama, ailə qurmaq və cəmiyyət daxilində normal yaşamaq kimi ehtiyaclarla ziddiyyət təşkil edir. Bu səbəbdən fərdlər zamanla öz davranışlarını tənzimləmək və eqonun ifrat təzahürlərini azaltmaq məcburiyyətində qalırlar.

Bəziləri bunu dərk edərək dəyişir, bəziləri isə manipulyativ yollarla davranışlarını tənzimləməyə çalışır, digərləri isə öz mövqelərində israr edirlər. Bu baxımdan müxtəlif yanaşmalar mövcuddur”.

Sonda N.Niftəliyev bu problemin qarşısının alınması üçün erkən yaşlardan empatiya, qarşılıqlı hörmət və sosial məsuliyyət kimi dəyərlərin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

“Ümumilikdə isə bu kimi sosial-psixoloji problemlərin həllində əsas istiqamət uşaqlıqdan düzgün tərbiyə, şəxsiyyətin ahəngdar inkişafı və empatiya kimi dəyərlərin formalaşdırılmasıdır. Bu şəkildə yanaşıldıqda narsizmin cəmiyyətdə bir tendensiya kimi güclənməsinin qarşısını almaq və onun təsirini minimuma endirmək mümkündür”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Manşet

Ceyhun Bayramov Polşaya getdi

İyun 24, 2026
Manşet

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

İyun 24, 2026
Manşet

İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İyun 24, 2026
Telekommunikasiya və nəqliyyat

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilib

İyun 24, 2026
Hərbi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü keçirilib

İyun 24, 2026
Manşet

Nüvə probleminin tam hüquqi həllini tapacağını gözləmək hələ tezdir - Tural İsmayılovdan açıqlama 

İyun 24, 2026

XƏBƏR LENTİ

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

24 İyun, 26 / 18:45

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

24 İyun, 26 / 18:26

İsrail səfiri: “İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

24 İyun, 26 / 17:41

Ceyhun Bayramov Polşaya getdi

24 İyun, 26 / 17:34

Mark Rutte Donald Tramp ilə görüşündə gərginliyi azaltmağa çalışacaq

24 İyun, 26 / 17:28

“İranın yenidənqurma fondu üçün təklif olunan 300 milyard dollarlıq fond arzuolunandır”

24 İyun, 26 / 17:26

Qətər ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

24 İyun, 26 / 17:11

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

24 İyun, 26 / 17:07

Hindistanın baş naziri Xameneyinin dəfninə dəvət edilib

24 İyun, 26 / 16:02

Ukrayna Orenburqda qaz emalı müəssisəsinə dron zərbəsi endirdi

24 İyun, 26 / 15:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.