ABŞ-nin Mayami şəhərində 21 Air şirkətinə məxsus Boeing 767-300 yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq avtomobil dayanacağına çırpılıb və yanıb.
Zefer.media “CNN”ə istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Mayami polisi bir neçə şəxsin avtomobillərdə bloklandığını və xilasedicilərin onları çıxarmaq üçün nəqliyyat vasitələrini açmalı olduğunu bildirib.
Təyyarənin Puerto-Rikodan gəldiyi bildirilir. 21 Air yükdaşıma şirkəti, o cümlədən “Amazon” üçün uçuşlar həyata keçirir.
Məlumata görə, ekipaj enişdən əvvəl yerüstü xidmətlərə təyyarədə hər hansı nasazlıq barədə məlumat verməyib.
Aytən Yalçınqızı

















