• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.4° Weather Ashburn
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

​Mavi sonsuzluğun gizli təhlükəsi: Çimərliklərdə saniyələr içində baş verən faciələr

08 İyul, 26 / 13:54
A A

Yay aylarında dəniz kənarı hamımız üçün ən cəlbedici istirahət məkanıdır. Dalğaların səsi, qum və günəş insanı gündəlik qayğılardan uzaqlaşdırır. Həmçinin sağlamlıq baxımından da dənizin suyu, havası və qumu olduqca faydalıdır. Lakin bəzən unuduruq ki, heyranlıqla izlədiyimiz o mavi sonsuzluq, bircə anlıq ehtiyatsızlıq ucbatından böyük bir faciənin ssenarisinə çevrilə bilər. Statistika göstərir ki, hər il çimərliklərdə yaşanan bədbəxt hadisələrin kökündə təbii fəlakətlərdən daha çox, insan amili və arxayınlıq dayanır.

​Bəs dəniz istirahətini həm xoş, həm də tam təhlükəsiz etmək üçün nələrə diqqət etməliyik?

Məsələylə bağlı Zefer.media – ya açıqlama verən təhlükəsizlik eksperti Orxan Musayev çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmamasının acı nəticələrindən danışıb və həyati vacib məqamlara toxunub:

“Çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan amili ilə bağlıdır. Yəni insanların yol verə biləcəyi və qarşısı alına bilən səhvlər onları təhlükəli vəziyyətlə üz-üzə qoyur. Dəniz istirahəti insanların ən çox üstünlük verdiyi istirahət növlərindən və məkanlarından biridir. Lakin bu gözəllik qəfil şəkildə insan həyatı üçün ciddi təhlükə yarada bilər. Bəzən insanlar dənizdə istirahət edərkən onun təhlükəli tərəflərini nəzərə almırlar.

Təəssüf ki, spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək hələ də adi davranış kimi qəbul edilir”.

Mütəxəssisin sözlərinə görə, vətəndaşlar yalnız Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin növbə çəkdiyi rəsmi çimərliklərə üz tutmalıdırlar:

“İnsanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti xidmət göstərir və hər hansı fövqəladə hadisə baş verdikdə operativ müdaxilə etmək imkanı mövcuddur. Nəzarətsiz çimərliklərdə isə xilasedici xidmət olmadığından fövqəladə vəziyyət zamanı insan həyatını xilas etmək əksər hallarda mümkün olmur.

Nəzarət olunan çimərliklərdə suyun dərinlik səviyyəsi əvvəlcədən müəyyən edilir, insanların xəsarət almasına səbəb ola biləcək daşlar, qaya parçaları və digər təhlükəli maneələr təmizlənir.

Dənizə daxil olmazdan əvvəl hava şəraiti, küləyin sürəti və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə əlverişsiz meteoroloji şəraitin təsiri nəticəsində çətin vəziyyətə düşə bilirlər”.

Ekspert qayda pozuntularına qarşı həm inzibati cərimələrin tətbiqini, həm də cəmiyyətdə ciddi bir ictimai qınağın yaradılmasını zəruri hesab etdiyini diqqətə çatdırıb:

“Maarifləndirmə və təbliğat xarakterli tədbirlər daha da genişləndirilməlidir. İnsanlar yalnız “dalğa var, üzmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməli, eyni zamanda dalğaların insan orqanizminə təsiri barədə də məlumatlı olmalıdırlar. Axına düşdükdə nə baş verdiyini, boğulma zamanı orqanizmdə hansı proseslərin getdiyini bilmələri vacibdir. Çimərliklərdə müəyyən edilmiş qaydalar pozulduqda, məsələn, qadağan olunmuş ərazilərdə çimdikdə və ya spirtli içki qəbul etdikdən sonra suya daxil olduqda, bu hallarla bağlı həm ictimai qınaq formalaşdırılmalı, həm də inzibati qaydada cərimə tədbirləri tətbiq edilməlidir. Bu, insanların belə təhlükəli davranışlardan çəkinməsinə kömək edə bilər”.

Orxan Musayev, sonda hər kəsi saniyələr içində baş verən gizli təhlükəyə qarşı oyaq olmağa səsləyib:

“Boğulma hadisələrinin əksəriyyəti saniyələr ərzində, səssiz və xəbərdarlıq olmadan baş verir. Yəni insanlar qışqırmır, sadəcə suyun altında görünməz olurlar. Hər il baş verən bu faciələrin təkrarlanmasının əsas səbəbi ehtiyatsızlıq və “mənə heç nə olmaz” düşüncəsidir. Məhz bu düşüncə tərzindən uzaqlaşmaq lazımdır”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Gündəm

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

İyul 19, 2026
Cəmiyyət

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

İyul 19, 2026
Manşet

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

İyul 17, 2026
İqtisadiyyat

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı cüzi artıb

İyul 17, 2026
Manşet

"Hələki bunun İranla Suriya arasında birbaşa qarşıdurma yaradacağını düşünmürəm" - Politoloqdan açıqlama 

İyul 17, 2026
Cəmiyyət

ADSEA sədri Füzulidə vətəndaşlarla görüşüb

İyul 17, 2026

XƏBƏR LENTİ

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

19 İyul, 26 / 18:08

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

19 İyul, 26 / 15:38

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

18 İyul, 26 / 12:46

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 18:16

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

17 İyul, 26 / 18:14

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

17 İyul, 26 / 18:08

“Evdə tək-2” filminin aktrisası dünyasını dəyişib

17 İyul, 26 / 18:05

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul, 26 / 18:02

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul, 26 / 17:59

Qəbul imtahanında dörd nəfər 400 bal toplayıb

17 İyul, 26 / 17:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.