İdman

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul 2026, 18:264
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək MOİK – “Qarabağ” görüşünün hakim təyinatları açıqlanıb.

Zefer.media xəbər verir ki, qarşılaşmanı Belçikadan olan referi Bram Van Drisşe idarə edəcək.

Ona həmyerliləri Mişel Seeldraeyers və İv De Neve kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kevin Van Damme yerinə yetirəcək.

VAR hakimi Bert Put, AVAR funksiyasını isə Vesli De Kremer icra edəcək.

Qeyd edək ki, MOİK Sofiya – “Qarabağ” cavab görüşü iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600