Bu gün İraq hökuməti baş nazir Əli əl-Zeydinin Tehrana son səfəri zamanı ABŞ-nin İrana atəşkəs təklifi çatdırdığı barədə yayılan məlumatları təkzib edib.
Zefer.media xəbər verir ki, İraqın baş nazirinin Mətbuat Xidməti bununla bağlı yaydığı açıqlamada “The New York Times” qəzetində dərc olunan iddiaların tamamilə əsassız olduğunu və reallığı əks etdirmədiyini bildirib.
Açıqlamada media qurumları diqqətli olmağa, peşəkar jurnalistika prinsiplərinə riayət etməyə, yalnız rəsmi mənbələrə istinad etməyə və yanlış məlumatların yayılmasından çəkinməyə çağırılıb.
Zərintac Mayisqızı

















