Xarici xəbərlər

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul 2026, 18:1913
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranda insan haqlarının ciddi şəkildə pozulmasına görə bir neçə hakimə qarşı yeni sanksiyalar və məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyini açıqlayıb.

Zefer.media xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Kallas “X” hesabında bildirib ki, sanksiyalar siyasi müxaliflərin və dini azlıqların təqibində iştirak edən hakimləri hədəf alır. Bundan əlavə, İran rejiminin informasiya məkanındakı repressiyalarını dəstəkləyən kiber qrupun aparıcı üzvlərindən birinə də sanksiya tətbiq olunub.

“Dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəlsə də, İranın öz xalqına qarşı repressiyalarını gözardı edə bilmərik”, – deyə Kallas yazıb.

O əlavə edib ki, Tehran daxili repressiyaları gücləndirdiyi müddətdə AB  bu addımlara görə məsul şəxsləri məsuliyyətə cəlb etməyə davam edəcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600