Qondarma “DXR Dövlət Təhlükəsizlik Nazirliyi” ilə əlaqələndirilən Oleq Şutov hələ iyulun 27-də “Dinamo” idman kompleksi yaxınlığında öldürülüb.
Zefer.media LB.ua-nın mənbələrinin məlumatına görə bildirir ki, onun avtomobilinin altına kustar üsulla hazırlanmış partlayıcı qurğu yerləşdirilib.
Əməliyyat barədə məlumat yalnız agentura-döyüş qrupunun Ukraynanın nəzarətində olan əraziyə qayıtmasından sonra yayılıb. İşğalçıların teleqram kanalları həmin vaxt partlayışı “PUA hücumu” ilə izah etməyə çalışıblar. Lakin Ukrayna mənbələrinin iddiasına görə, hədəf məhz Şutov olub.
Onun 2017-ci ildə Kiyevdə GUR-un xüsusi təyinatlı qüvvələrinin komandiri Maksim Şapovalın partladılaraq öldürülməsi, SBU-nun əks-kəşfiyyat polkovniki Aleksandr Haraberyuşun Mariupolda qətlə yetirilməsi və bir sıra digər sui-qəsdlərlə əlaqəsi olduğu bildirilir.
Lalə Qurbanlı
















