Bu gün Semnan əyalətinin Əmiriyyə şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib.
Zefer.media xəbər verir ki, zəlzələ səhər saat 11:37-də qeydə alınıb. Yeraltı təkanların episentri 9 kilometr dərinlikdə yerləşib.
Hələlik təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Zərintac Mayisqızı
















