Nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqların başlaması Anlaşma Memorandumunda nəzərdə tutulan bəzi öhdəliklərin yerinə yetirilməsindən asılıdır.
Zefer.media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Bəqayi mətbuat konfransında qeyd edib ki, memorandumun müddəalarına əsasən, həmin məsələlərin İsveçrədə 60 gün ərzində müzakirə olunması nəzərdə tutulsa da, danışıqların başlanması üçün əvvəlcə müəyyən bəndlərin icra vəziyyəti qiymətləndirilməlidir.
Onun sözlərinə görə, İran tərəfi həmin öhdəliklərin tam yerinə yetirilməsinə çalışır.
Bəqayi əlavə edib ki, İsveçrədə keçirilən son görüşdə nüvə proqramı ilə bağlı geniş və detallı müzakirələr aparılmayıb.
“Amerika tərəfi öz ümumi mövqeyini açıqladı, biz də buna uyğun cavablarımızı verdik. Onlar eyni zamanda sanksiyalarla bağlı bəzi məsələləri gündəmə gətirdilər”, – deyə sözçü vurğulayıb.
Zərintac Mayisqızı

















