Dünya

“İran xalqının müqaviməti onların hesablamalarını alt-üst etdi”

24 İyun 2026, 13:012
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı İranın son proseslər qarşısında nümayiş etdirdiyi mövqedən danışıb.

Zefer.media xəbər verir ki, Qalibaf İranın rəqiblərinin hərbi güc və iqtisadi təzyiqlər vasitəsilə ölkəni geri çəkilməyə məcbur edə və bölgədəki siyasi problemləri öz maraqlarına uyğun dəyişdirə biləcəklərini düşündüklərini deyib.

Onun sözlərinə görə, baş verən hadisələr müharibəni planlaşdıran tərəflərin hesablamaları ilə tamamilə ziddiyyət təşkil edib.

Spiker vurğulayıb ki, İran xalqının müqaviməti, dözümlülüyü və birlik nümayiş etdirməsi qarşı tərəflərin gözləntilərini puça çıxarıb.

Qalibaf çıxışında qeyd edib ki, İran xalqı müstəqil dövlətlərə və xalqlara xaricdən iradə qəbul etdirmək dövrünün sona çatdığını nümayiş etdirib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600