Dünya

İran və Pakistan təhlükəsizlik əməkdaşlığını müzakirə edib

23 İyun 2026, 17:213
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian İslamabada səfəri çərçivəsində Pakistan Ordusunun komandanı, feldmarşal Asim Munirlə görüş keçirib.

Zefer.media xəbər verir ki, görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı da iştirak edib.

Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, xüsusilə siyasi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər.

Söhbət zamanı təhlükəsizlik sahəsində İran və Pakistan arasında koordinasiyanın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Habelə, regional təhlükəsizlik məsələləri, son geosiyasi proseslər və iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600