Bu gün İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni-Ejei Tehranın Çinlə əlaqələri daha da genişləndirməyə qəti şəkildə sadiq olduğunu bildirib.
Zefer.media xəbər verir ki, Ejei BRİKS-ə üzv ölkələrin məhkəmə rəhbərləri forumu çərçivəsində Çinin Ali Xalq Məhkəməsinin sədri Çjan Cun ilə görüşüb.
Görüş zamanı Ejei dünyanın yeni bir nizama doğru getdiyini və Çinin bu prosesdə mühüm rol oynadığını bildirib.
“Buna görə də ikitərəfli müqavilələri tam şəkildə həyata keçirmək üçün bütün potensialımızdan istifadə etmək əzmindəyik”, – Ejei deyib.
Qeyd edək ki, BRİKS-in məhkəmə rəhbərləri forumu sentyabrın 4-dən 6-dək Yeni Dehlidə keçiriləcək.
Zərintac Mayisqızı

















