Bu gün Səudiyyə Ərəbistanının Cizan şəhərindəki “Saudi Aramco” şirkətinə məxsus neft emalı kompleksinin husilərin yeni hücumundan sonra zərər gördüyü və obyektlərdən birində yanğın baş verdiyi bildirilir.
Zefer.media xəbər verir ki, zərbələrin Cizan, Əbha, Nəcran və Xamis Muşayt şəhərlərindəki enerji və iqtisadi obyektlərə, həmçinin hərbi infrastruktura yönəldiyi bildirilir.
Məlumata görə, hücumlar nəticəsində 73 nəfər yaralanıb. Yaralananlar arasında qadın və uşaqların da olduğu açıqlanıb.
Gündə təxminən 400 min barel neft emal etmək gücünə malik Cizan neft emalı zavodu daha əvvəl də husilərin hücumuna məruz qalıb.
Zərintac Mayisqızı

















