• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.8907
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47
A A

Uşaqlarda ekran asılılığı günümüzün əsas problemləri arasında yer alır. Əksər valideynlər rahat olsun deyə körpəlikdən övladlarını televizor, telefon ya da planşet kimi texnoloji vasitələrin ekranına öyrəşdirirlər, sonra da qarşısını ala bilmirlər. Əslində ana və atalar səhvə yol verdiklərini azyaşlılar ciddi şəkildə ekran asılılığı ilə üzləşdiklərində anlayırlar.

Sözügedən neqativ durumlar uşaqların yalnış şəkildə böyüməsi ilə nəticələnə bilir. Həm sağlamlıq, həm də psixoloji cəhətdən.. Bəzilərində davranış pozuntularını da açıq-aydın görmək olur.

Psixoloq Gövhər Məmmədova Zefer.media-ya mövzü ilə bağlı açıqlamasında deyib ki, ekran asılılığı bir gündə yaranmır:

“Kökləri uşaqlıq hətta bəzi hallarda əfsuslar olsun ki, körpəlik dövrünə gedib çıxır. Ən çox rastlaşdığımız hallar balacaların yemək yemədiyi, yaxud valideynin yemək yedirərkən çox yorulmamaq üçün övladına ekranla yemək yeməyi öyrətməsidir. Ailələr gələcəkdəki fəsadlardan təbii ki, xəbərsiz olur və həmin asan üsul onlara daha çox sərf etdiyindən bu barədə heç araşdırmır da… Telefon, televizor və s. qarşısında yemək yemək nəinki uşaqlara, böyüklərə də zərərdir. Beyinə ötürülən siqnallarda çaxnaşma yaranır, uzun müddət davam etdikdə isə doyma siqnalı ilə əlaqədar problemlər yaranır”.

zefer.media gövhər məmmədova psixoloq

Psixoloqun sözlərinə görə ekranın digər zərəri təbii ki, körpələrin beyin inkişafına mənfi təsiridir:

“Diqqət dağınıqlığı, aqressiv hallar, yaş artdıqca artan risklərin hamısının mənbəyini çox zaman axtardıqda kiçik yaşlardan limitsiz və nəzarətsiz izlənilən ekran ortaya çıxır. Mütləqdir ki, hər yaşa uyğun ekran saatı müəyyənləşdilirsin və ona daim riayət edilsin. Önəmli məqamlardan biri də odur ki, uşaq həmişə nələri izləyir? Dövrümüzdə yayımlanan videoların çoxu heç də ürək açan içərikdə deyil, valideyn həmişə yaşından asılı olmayaraq azyaşlının izlədiyi videoları, filmləri, oynadığı oyunları nəzarət altında saxlamalıdır. Bəzən sadəcə izlənən 5 dəqiqəlik görüntü uşağın gələcək yaşlarına ata-ananın düşünmədiyi qədər zərər verə bilər. Burada başqa vacib amil odur ki, artıq valideynlər də ekran asılılığından əziyyət çəkirlər, belə olduğu halda övladlarına nəzarət aşağı səviyyəyə enir. Habelə media qurbanı ailələr sadəcə uşağın başı qarışsın və ona “əngəl” çıxmasın deyə nəzarətsin şəkildə balacaya istədiyi qədər ekran izləməyə icazə verir. Məsələyə diqqət yetirəndə, əsl səbəbkarın bilərək yaxud bilməyərək, istəyərək yaxud istəməyərək valideynlərin olduğu gerçəyini görmək mümkündür”.

Qeyd edək ki, artıq Milli Məclisdə də uşaqların sosial şəbəkələrdən istifadəsi hallarının aradan qaldırılması, yaş məhdudiyyəti tətbiqinə dair istiqamətində layihələr təqdim olunur.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Cəmiyyət

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

Oktyabr 28, 2026
Gündəm

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

Oktyabr 28, 2026
Cəmiyyət

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Oktyabr 28, 2026
Cəmiyyət

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Oktyabr 28, 2026
Cəmiyyət

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Oktyabr 28, 2026
Cəmiyyət

Mirsaleh Seyidov işdən çıxarıldı - SƏRƏNCAM

Oktyabr 27, 2026

XƏBƏR LENTİ

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

28 Oktyabr, 26 / 19:33

Polkovnik Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşüb

28 Oktyabr, 26 / 19:27

Ruandalı nazir “ASAN xidmət”də

28 Oktyabr, 26 / 19:22

Azərbaycan-BƏƏ Birgə Hərbi Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib

28 Oktyabr, 26 / 19:17

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub

28 Oktyabr, 26 / 17:09

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28 Oktyabr, 26 / 17:03

Gələcək turizmdə texnologiya, insan kapitalı, xidmət və əməkdaşlıq əsas meyarlardır - Ceyhun Aşurov

28 Oktyabr, 26 / 16:11

Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

28 Oktyabr, 26 / 16:07

İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər ölüb

28 Oktyabr, 26 / 15:41

İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib"

28 Oktyabr, 26 / 15:40

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.