• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.4° Weather Columbus
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Gələcəyin "terrorçu" profilini kim yaradır ? – Psixoloji boşluq, sosioloji böhran və informasiya çirkliliyi

21 Aprel, 26 / 9:35
A A

Son dövrlərdə həm regionda, həm də dünyada azyaşlıların silahlı zorakılıq hadisələrində iştirak etməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur. Xüsusilə məktəb mühitində baş verən belə hadisələrdən sonra məsələ daha geniş müzakirə olunur və diqqət uşaqların psixoloji durumu, ailə mühiti, eləcə də onların izlədiyi media məzmununa yönəlir. Bu kontekstdə serial və filmlərin uşaqların davranışına təsir edib-etmədiyi sualı aktuallaşır və problemin köklü səbəblərinin araşdırılmasını zəruri edir.

Azyaşlıların bu cür addım atmasına səbəb olan əsas psixoloji faktorlar haqqında Zefer.media – ya açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov qeyd edib ki, zorakılıq və məsuliyyətsizlik adi haldırsa, uşaq bunu norma kimi qəbul edir:

“Valideynlik bioloji status deyil, pedaqoji məsuliyyətdir. Övlad böyütmək təkcə təminat vermək deyil, şəxsiyyət qurmaqdır. Bunu etməyən valideyn cəmiyyətə problem ötürür, sonra isə həmin problemin nəticəsindən şikayət edir. Cəmiyyət təhlükəli mühitdir. Burada davranış modelləri normaya çevrilir. Əgər zorakılıq və məsuliyyətsizlik gündəlik həyatın bir hissəsidirsə, uşaq bunu sosial qayda kimi qəbul edir. İnsan deyiləni yox, gördüyünü öyrənir. Əgər güc hörmətin yerini tutursa, aqressiya sosial kapitala çevrilir.

Cəmiyyətin etiketlədiyi cinayətkar, əxlaqsız və digər bənzər şəxslər bizim pəncərədən psixi status mövqeyindədir. Cinayət törədən və əxlaqsızlıq edən şəxslərə sadəcə xarakter damğası vurmaq elmi deyil, sadəlövhlükdür. Çünki analiz və sintez yoxdursa, abstrakt təfəkkür də formalaşmır. Abstrakt təfəkkür yoxdursa, insan davranışı şüurlu idarə deyil, impuls və mühit reaksiyasıdır. İnsan davranışı boşluqda yaranmır. Onu mühit və informasiya formalaşdırır və bu təsir sistemlidir, təsadüfi deyil”.

R. Nəcəfov həmçinin həmin məsələlərdə ailə və məktəbin rolu və balansı barədə danışıb:

“Əgər ailə institutu pedaqoji funksiyasını itiribsə, uşaq ya tam nəzarətsizlik içində böyüyür, ya da zorakı və təzyiqli mühitdə formalaşır. Hər iki halda nəticə eynidir. Ya sərhədsiz davranış, ya da aqressiv müdafiə modeli yaranır. Məktəb isə yalnız akademik bilik verib tərbiyəni ikinci plana atırsa, sosial balans pozulur. Hüquqi və psixoloji düşüncə sonradan yaranmır. Uşaq erkən yaşdan sərhəd, məsuliyyət və nəticə anlayışı ilə böyüməlidir. Olmaz sözünün səbəbi izah olunmalıdır, amma ləğv olunmamalıdır”.

Məsələnin sosial faktorları və sosioloji tərəfi barədə isə Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, Elçin Bayramlı öz fikirlərini bölüşüb:

“Çox təəssüf ki, son dövrlərin ən təhlükəli tendensiyalarından biri də budur. Müasir multfilmlər, kompüter oyunları, mafiya serialları, zombi filmləri- bunlar uşaqların psixologiyasını məhv edir və onları vəhşiləşdirir. 20 ildən çoxdur ki, bu barədə danışırıq, yazırıq, həyəcan təbili çalırıq, lakin faciəvi faktlara baxmayaraq heç kim narahat olmur.

Xüsusən, müasir virtual oyunlar çox təhlükəlidir. Uşaqlar fərqinə varmadan bu oyunlarda məqsədə nail olmaq üçün adam öldürür, qan tökür, şəhərləri dağıdır, hər cür vəhşilik törədirlər. Bu, psixoloji narkomaniyadır. Bu kimi oyunlar elə proqramlaşdırılır ki, alqoritmlərlə uşaqları daimi asılı vəziyyətdə saxlayır. Növbəti mərhələlər, maraqlı proseslər uşaqları daim oyunda saxlamaq üçün təşkil olunub. Beləcə, uşaqların psixologiyasını tamamilə mənfi istiqamətdə formalaşdırır, eyni zamanda gözlərini zədələyir, real ünsiyyətdən uzaqlaşdırır. Bu, tərbiyəni pozur, dərslərdən, fiziki fəaliyyətlərdən, idmandan uzaqlaşdırır. Qısaca desək, bu oyunlar və sistemlər insanları zombiyə çevirmək üçün uşaqlıqdan tətbiq olunan xüsusi proqramlardır.

Artıq bir çox ölkələrdə bunun fərqinə varıblar və buna qarşı mübarizə aparılır. Bəzi ölkələrdə 18 yaşa qədər şəxslərin sosial şəbəkələrə girişi tamamilə qadağan edilib, internetdə məhdudiyyətlər tətbiq olunub. Bir çox ölkələrdə zərərli oyunlar dövriyyədən çıxarılıb. Yalnız müsbət ruhlu, öyrədici, inkişaf etdirici, konstruktor və intellektual oyunlardan istifadə edilə bilər. Onların da zaman məhdudiyyəti olmalıdır. Çox təəssüf ki, bizim cəmiyyətdə bu məsələyə yanaşma sıfır səviyyəsindədir. Heç kim buna ciddi münasibət göstərmir.

Sosioloq, valideynlərin uşaqlarını uzun müddət nəzarətsiz şəkildə ekran qarşısında buraxmasının onların psixologiyasına, tərbiyəsinə və sosial inkişafına mənfi təsir göstərdiyini vurğulayıb:

“Valideynlər öz azyaşlı uşaqlarına böyük smartfonlar alıb verir və onları psixotron terror yuvası olan qorxunc virtual məkanın caynağına atırlar, öz rahatlıqları üçün uşaqları saatlarla, günlərlə kompüter və televizor qarşısında buraxırlar. Nəticə ortadadır: uşaqların psixologiyası və sağlamlığı pozulur, tərbiyəsi, təhsilə marağı, insanlarla ünsiyyəti və mədəni səviyyəsi zəifləyir. Bu, məktəblərdə, evlərdə, həyatda açıq görünür. Uşaq kriminalı, intiharı artır.

Elmi olaraq sübut olunub ki, uşaqlar üçün nəzərdə tutulmuş oyunlar, multfilmlər və videomateriallar subliminal mesajlarla doludur. Bu, məqsədli şəkildə insanların psixologiyasını dəyişdirmək və yönləndirmək üçün tətbiq edilir. Sosioloji tədqiqatlar bunu da təsdiqləyir. Prosesin nəticəsi açıqdır və yaxın 5-10 ildə faciəli vəziyyət yarana bilər. Bu səbəbdən də hesab edirəm ki, bununla bağlı xüsusi bir təşkilat və ya dövlət orqanı yaradılmalı, məsələyə ciddi nəzarət tətbiq olunmalıdır. Qadağalar və məhdudiyyətlər qoyulmalıdır.

O, eyni zamanda Azərbaycan qanunvericiliyinin uşaqların sağlam inkişafını tələb etdiyini və valideynlərin bunda məsuliyyət daşıdığını, bu öhdəlik yerinə yetirilmədikdə isə ciddi nəticələr yarandığını qeyd edib:

“Azərbaycan Konstitusiyasında və qanunlarda açıq göstərilir ki, uşaqların mənəvi, psixi və fiziki sağlamlığına zərər vuran fəaliyyətlər aradan qaldırılmalıdır. Valideynlər bunun təminatçısıdır, əgər yerinə yetirmirlərsə, sərt şəkildə məsuliyyətə cəlb olunmalıdır. Öz uşağını məqsədli şəkildə məhv etməyə çalışan valideyn gələcək cəmiyyətə terrorçu, cinayətkar, qatil yetişdirir.

Cəmiyyətin bu məsələdə iştirakı sıfır səviyyəsindədir. Ümid yalnız dövlətə qalır. Dövlət tərəfindən son vaxtlar bu istiqamətdə ciddi işlər görülür: televiziyadakı verilişlərin nəzarət altına alınması, zərərli yayımların dayandırılması, sosial şəbəkələrdə məhdudiyyətlər və bəzi şəxslərin məsuliyyətə cəlb olunması. Bunlar təqdirəlayiq addımlardır, lakin kifayət deyil, daha ciddi nəzarət olmalıdır. Əks halda, biz təhlükəli bir gələcək gözləyirik”.

Sonda E. Bayramlı sosial tədqiqatların uşaqlar arasında aqressiya və cinayət hallarının artdığını göstərdiyini və onların sağlam inkişafı üçün daha ciddi və sistemli tədbirlərə ehtiyac olduğunu bildirib:

“Dünyada aparılan sosial tədqiqatlar, kriminal statistika göstərir ki, uşaq kriminalı artır, uşaqlar aqressivləşir, intiharlar və qətillər çoxalır. Bu, həm psixoloji, həm də fiziki problemlər yaradır. Həkimlər də bunu təsdiqləyir. Bu qədər böyük təhlükənin qarşısında təəssüf ki, ciddi yanaşma yoxdur. Mən inanıram ki, Azərbaycan dövləti sağlam cəmiyyətin qurulması üçün fəaliyyətini artıracaq. Daha ciddi tədbirlər görülməlidir: həm evlərdə, həm məktəblərdə uşaqların mənəvi və fiziki sağlamlığı qorunmalıdır. İnternet məkanı üzərində texniki üsullarla zərərli kontentlərin bloklanması, kompüter klublarındakı oyunların analizi və zərərli oyunların dövriyyədən çıxarılması vacibdir. Kriminal serialların və aqressiv multfilmlərin yayımı qadağan edilməlidir. Bu kimi üsullar bir çox ölkələrdə artıq tətbiq olunur və bizdə də buna ehtiyac var. Bu, mütləq zərurətdir. Biz onsuz da artıq gecikmişik, amma bu gün tədbir görməsək, yaxın gələcəkdə çox təhlükəli vəziyyətlə üzləşəcəyik”.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Cəmiyyət

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

May 29, 2026
Cəmiyyət

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

May 29, 2026
Siyasət

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

May 29, 2026
Hərbi

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

May 28, 2026
Banner

Media Türk-ün 5 yaşı tamam olur

May 28, 2026
Cəmiyyət

28 May – Azərbaycanda Müstəqillik günüdür

May 28, 2026

XƏBƏR LENTİ

Moldovada Qurban Bayramı və 28 May – Müstəqillik Günü ilə bağlı tədbir keçirilib

29 May, 26 / 20:24

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May, 26 / 19:30

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

29 May, 26 / 10:31

“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

28 May, 26 / 18:19

Media Türk-ün 5 yaşı tamam olur

28 May, 26 / 15:13

28 May – Azərbaycanda Müstəqillik günüdür

28 May, 26 / 9:19

Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqını Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edib

27 May, 26 / 19:20

Azərbaycanda Qurban bayramı qeyd edilir

27 May, 26 / 0:00

Millət vəkili Məşhur Məmmədovun xeyriyyəçilik ənənəsi davam edir

26 May, 26 / 20:32

Qalibaf və İran nümayəndə heyəti Qətərdən qayıdıb

26 May, 26 / 20:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.