Fransa ölkənin dənizaşırı ərazilərinə səfər edən xarici vətəndaşlar üçün viza tələblərini sərtləşdirir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.
Qvadelupa, Martinika, Fransa Qvianası, Reyunyon, Mayotta, Yeni Kaledoniya, Fransa Polineziyası və Uollis və Futuna Şengen zonasına daxil deyil. Bu səbəbdən həmin ərazilərə səfər üçün ayrıca viza tələb olunur.
Bakı Təşəbbüs Qrupu hesab edir ki, əlavə məhdudiyyətlər jurnalistlərin, tədqiqatçıların və hüquq müdafiəçilərinin səfərlərini çətinləşdirir, həmçinin turizmə, investisiyalara və biznes əlaqələrinə maneə yaradır.
Təşkilat həmçinin Fransa hakimiyyətinin Bakı Təşəbbüs Qrupunun əməkdaşlarına və onun xətti ilə səfər etməyi planlaşdıran şəxslərə viza vermədiyini bildirib.
Aytən Yalçınqızı
















