Dünən İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ və İsrail rəsmilərinin İrana qarşı yeni təhdidlərinə münasibət bildirib.
Zefer.media xəbər verir ki, müxbirin ABŞ prezidenti Donald Trampın Çində olduğu vaxtda Vaşinqton və Təl-Əvivdən yeni hücum təhdidlərinin səsləndirilməsi ilə bağlı sualına cavab verən Əraqçı deyib:
“Biz bu təhdidlərə öyrəşmişik. Onlar uzun müddətdir ki, təhdidlərini müxtəlif formalarda və yollarla təkrarlayırlar. Onlar özləri də bilirlər ki, bu təhdidlərdən və hətta başlatdıqları müharibədən heç bir nəticə əldə etməyiblər və əldə etməyəcəklər”.
Nazir vurğulayıb ki, İranla bağlı problemlərin hərbi yolla həlli mümkün deyil. Onun sözlərinə görə, İran təhdidlər qarşısında geri çəkilməyəcək.
Zərintac Mayisqızı















