• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb

04 İyul, 26 / 11:32
A A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarının kommunikasiya üzrə struktur bölmələrinin nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdə olub. Səfər əmək, məşğulluq, sosial müdafiə sahəsində kommunikasiya və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı qardaş ölkənin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.

Zefer.media xəbər verir ki, nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını – Anıtqəbri və Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanlığı) Media və yayım şöbəsinin müdiri Dr. Zeynep Zelan, Strateji kommunikasiya və böhranların idarə edilməsi şöbəsinin müdiri Kasım İleri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Durmuş Ersoy, korporativ kommunikasiya koordinatoru Sümeyra Değirmenci ilə görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik səviyyəsində olan münasibətlərin əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlığa imkan yaratdığı vurğulanıb. Bu səfərlə artıq yeni bir istiqamətdə – əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə əməkdaşlığa başlandığı qeyd edilib.

Müasir dövrdə kommunikasiyanın ictimai etimadın formalaşdırılmasında, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və ictimai etimadın yaradılmasında mühüm rolu, bu sahədə təcrübələrin paylaşılmasının qarşılıqlı faydalı olduğu vurğulanıb. Departamentin fəaliyyəti, tətbiq etdiyi yeni innovativ alətlər (DES, CİMER), korporativ rəqəmsal sistemləri barədə məlumat verilib.

Görüş iştirakçıları strateji kommunikasiya sisteminin təşkili, vətəndaşyönümlü xidmət yanaşmaları, rəqəmsal media ilə iş, süni intellektdən kommunikasiya fəaliyyətində istifadə, dezinformasiya ilə mübarizə və s. məsələlərlə bağlı fikirlərini, iş təcrübələrini diqqətə çatdırıblar.

Nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin (Türkiye Cumhuriyeti Çalışma ve Sosyal Güvenlik Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ramazan Furkan Turkan və Ailə və Sosial Xidmətlər Nazirliyinin (Türkiye Cumhuriyeti Aile ve Sosyal Hizmetler Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Uğur Qartal, həmin qurumların kommunikasiya sahəsi ilə bağlı digər əməkdaşları ilə görüşlər keçirib.

Ölkəmizdə əmək və sosial müdafiə sahəsində son illər aparılan islahatların, rəqəmsal, o cümlədən proaktiv xidmətlərin geniş tətbiqinin, DOST konsepsiyası və vətəndaşyönümlü idarəetmə modelinin bu sahədə kommunikasiya fəaliyyətinə də yeni innovativ yanaşmalar gətirdiyi vurğulanıb. Hər iki departamentin nümayəndələri kommunikasiya fəaliyyətləri, o cümlədən yazılı, vizual, rəqəmsal media əlaqələri, rəqəmsal platformalarla bağlı iş praktikaları, media monitorinqi, kontent hazırlanması və s. sahələrdə gördükləri işlər barədə məlumat veriblər.

Görüşlərdə qeyd edilən sahələrdə, habelə həssas əhali qrupları ilə bağlı kommunikasiya tədbirləri, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq mexanizmləri, operativ məlumatlandırma, ictimai etimadın qorunması, koordinasiya mexanizmləri ilə bağlı təcrübə mübadilələri aparılıb. Bu sahədə gələcəkdə daha sıx əlaqələrin qurulmasının önəmi vurğulanıb.

Bənzər Xəbərlər

Gündəm

GoTürkiye layihələri US International Awards 2026-da beynəlxalq uğur qazandı

İyul 27, 2026
Gündəm

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

İyul 24, 2026
Gündəm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

İyul 24, 2026
Dünya

İraq ABŞ-nin İrana atəşkəs mesajı göndərdiyi iddialarını təkzib edib

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Gündəm

ABŞ və onun müttəfiqlərinin İrana qarşı hətta quru qoşunları yeridə bilər - AÇIQLAMA 

İyul 24, 2026

XƏBƏR LENTİ

Yunanıstan Çin onlayn ticarət platformalarının Avropadakı əsas bazarlarından biridir

27 İyul, 26 / 18:06

Səudiyyə İrana bağlı qruplaşmanın hücumlarını pislədi

27 İyul, 26 / 18:04

Netanyahu: “Trampla görüşün əsas mövzusu İran olacaq”

27 İyul, 26 / 18:02

Ukrayna İranın ittihamlarına cavab verib

27 İyul, 26 / 17:20

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul, 26 / 17:18
The flag of Ukraine develops on a flagpole against a background of clear sky

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Şahedlər üçün körpüyə və ötürücü stansiyaya zərbə endirib

27 İyul, 26 / 16:43

Əli Əsədov yeni qərar imzaladı

27 İyul, 26 / 16:22

Dənizdə 4 nəfər batdı, 3-ü xilas edildi: 13 yaşlı qız boğuldu

27 İyul, 26 / 16:21

İran Ərbilə hücum etdi

27 İyul, 26 / 16:16

“Hazırda ABŞ ilə heç bir danışıq aparmırıq”

27 İyul, 26 / 16:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.