Bu gün Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi ölkəyə qarşı həyata keçirilən dron hücumlarını qətiyyətlə pisləyərək, hücumların İraqda fəaliyyət göstərən İranla əlaqəli silahlı qruplar tərəfindən təşkil edildiyini bəyan edib.
Zefer.media-nın əldə etdiyi məlumata görə, nazirlik bildirib ki, Səudiyyə Ərəbistanı öz təhlükəsizliyini və suverenliyini qorumaq, hücumların təşkilatçılarını məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır. Ər-Riyad, İraq hökumətini ölkə ərazisinin Səudiyyə Ərəbistanına qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını almaq məqsədilə bütün zəruri tədbirləri görməyə çağırıb.
Bununla yanaşı, Səudiyyə Ərəbistanı açıqlamasından qısa müddət sonra Yəmən husiləri hücumu təsdiqləyərək, məsuliyyətini üzərinə götürüb.
Zərintac Mayisqızı

















